Modern.az

Akar Egey dənizindəki adaya baş çəkdi

Akar Egey dənizindəki adaya baş çəkdi

Dünya

30 Dekabr 2022, 14:23

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Egey dənizindəki Gökçeada adasına səfər edib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

O, adadakı hərbi birləşmələrdə yoxlanışlar həyata keçirib. Naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Gülər və digər hərbi komandanlar müşayiət edib.

 

Akar adaya gəlməsindən məmnunluq duyduğunu ifadə edib.

 

Qeyd edək ki, dünən Yunanıstanın baş qərargah rəisi Türkiyə sahillərinə yaxın olan hərbsizləşdirilmiş adalara səfər etmişdi.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et