Modern.az

Miqrantları daşıyan qayıq batdı - Ölənlər var 

Miqrantları daşıyan qayıq batdı - Ölənlər var 

Dünya

31 Dekabr 2022, 22:30

Livan sahillərində miqrantları daşıyan qayıq batıb.

 

Modern.az xəbər verir ki, bu barədə Livan ordusu məlumat yayıb.

 

Qayığın batmasından sonra 232 nəfər xilas edilib. Hadisə nəticəsində 2 nəfər ölüb.

 

Məlumata görə, Birləşmiş Millətlər Təşkilatının Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) idarə etdiyi üç gəmi və bir qayıq Livanın paytaxtı Beyrutun şimalındakı Selaata sahillərində xilasetmə əməliyyatında iştirak edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et