Modern.az

Ərdoğan Putinlə danışıqlar apardı - Söhbətin detalları

Ərdoğan Putinlə danışıqlar apardı - Söhbətin detalları

Dünya

5 Yanvar 2023, 13:12

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.

 

Telefon danışığı zamanı Türkiyə-Rusiya münasibətləri, xüsusilə enerji, Rusiya-Ukrayna müharibəsi və Suriya kimi regional məsələlər müzakirə edilib.

 

Ərdoğan Türkiyədə təbii qaz mərkəzinin yaradılması üçün infrastrukturu gücləndirməkdə davam etdiklərini ifadə edərək konkret addımlar atmağı hədəflədiklərini bildirib.

 

O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı taxıl dəhlizi ətrafında aparılan danışıqlar, əsir mübadiləsi və Zaporojye AES ətrafında təhlükəsiz zona təşəbbüslərinin müsbət nəticələrinin şahidi olduqlarını xatırladıb.

 

Terror təşkilatı PKK/PYD/YPG-nin Türkiyənin sərhəd bölgələrindən, xüsusilə Tel-Rıfat və Menbicdən təmizlənməsi üçün artıq konkret addımların atılmasının lazım olduğunu vurğulayan Ərdoğan rejimin konstruktiv olması və siyasi prosesdə müəyyən işlərin görülməsinin vacibliyini önə çəkib.

Whatsapp
Bizə yazın!
Keçid et