Pentaqon Amerikanı mümkün xarici təhlükələrdən qorumağa qabil deyil. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Amerika Milli Strateji İnformasiya Mərkəzinin hazırladığı hesabatda bildirilir. The Washington Times qəzeti yazır ki, Pentaqon Somali quldurları, Meksika narkokartelləri və islam yaraqlıları ilə səmərəli mübarizə aparmaq qabiliyyətinə malik deyil. Hesabat müəllifləri hesab edir ki, Pentaqon belə bir gerçəkliyi nəzərə almır ki, ölkənin təhlükəsizliyi üçün başlıca qorxu ABŞ-a düşmən olan ölkələr və hərəkatların kooperasiyasıdır. “Birləşmiş Ştatlar hər şeyə nəzarət etmək istəyir, lakin başlıca vəzifənin öhdəsindən isə gələ bilmir “,-deyə hesabat müəlliflərindən Taft Universitetinin professoru Riçard Şults bildirib.
Hesabatda qeyd olunur ki, yaxın 20 il ərzində ABŞ üçün başlıca təhlükələr Əfqanıstan, İraq və Somalidən gələcək. Lakin onlara Rusiya, İran, Çin kimi avtoritar rejimlər də qoşula bilər.