Modern.az

Consona 1 milyon funt sterlinq ianə verildi

Consona 1 milyon funt sterlinq ianə verildi

Dünya

13 Yanvar 2023, 08:34

Britaniyanın keçmiş baş naziri Boris Conson 1 milyon funt sterlinq dəyərində ianə qəbul edib.

 

Modern.az xəbər ki, bu barədə "Sky News" məlumat yayıb.

 

Maliyyə reyestrinə əsasən, kriptovalyuta investoru Kristofer Harborn Boris Consonun şəxsi şirkətinə 1 milyon funt sterlinq ianə edib. Bundan əvvəl Leyboristlərin lideri Ser Keir Starmerə 74 000 funt sterlinqlik ianə edilmişdi.

 

Məlumata görə, Boris Conson ötən ilin dekabr ayında ictimai çıxışlarından 303 880 funt sterlinq qazanıb. Bundan başqa Conson Londonda yeddi saatlıq çıxışı üçün "Ballymore Group" adlı əmlakın inkişafı şirkətindən 50 000 funt sterlinq alıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et