Modern.az

Ukraynanın 100 hərbçisi təlim üçün ABŞ-a getdi

Ukraynanın 100 hərbçisi təlim üçün ABŞ-a getdi

Dünya

16 Yanvar 2023, 11:54

Ukrayna hərbçiləri “Patriot” hava hücumundan müdafiə sistemi ilə işləməyi öyrənmək üçün ABŞ-a gedib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, 100 əsgərdən ibarət ilk qrup artıq ABŞ-a çatıb.

 

Bildirilib ki, təlimlər Oklahoma ştatında keçiriləcək. Pentaqon hələlik rəsmi təlim cədvəlini açıqlamayıb, lakin ABŞ-ın Ukrayna hərbçiləri üçün xüsusi sürətləndirilmiş təlim planı hazırladığı məlumdur.

 

Qeyd edək ki, Almaniya və Kambocada da Ukrayna hərbçilərinin təlimləri keçirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et