Modern.az

Hökumət əleyhinə etirazlarda 53 nəfər ölüb

Hökumət əleyhinə etirazlarda 53 nəfər ölüb

Dünya

19 Yanvar 2023, 11:04

Peruda hökumət əleyhinə nümayişlər zamanı toqquşma qurbanlarının sayı 53 nəfərə çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

 

Xatırladaq ki, ötən gün etirazçılar Makusani şəhərində hökumət əleyhinə nümayişlər zamanı iki nəfərin həlak olması, bir nəfərin ağır yaralanmasından sonra polis idarəsi və məhkəmə binasını yandırıblar.

 

Qeyd edək ki, 2022-ci il dekabrın 7-də prezident Pedro Kastilyonun hakimiyyətdən uzaqlaşdırılmasından sonra Peruda genişmiqyaslı hökumət əleyhinə nümayişlər başlayıb. Nümayişlər yolların bağlanması, hava limanlarına və hökumət binalarına hücumlarla müşayiət olunur. Etirazçılar dövlət başçısı Dina Boluartenin istefasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

Whatsapp
Bizə yazın!
Keçid et