Rusiyanın Şimali Qafqaz regionunda terror aktının qarşısı alınıb.
Modern.az xəbər verir ki, bu barədə TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
Belə ki, FTX Şimali Qafqaz regionlarından birində millətçilərin tərəfdarının hazırladığı terror aktınının qarşısını alıb. Hadisə ilə əlaqədar 1 nəfər saxlanılıb.
Saxlanılan şəxsin yaşayış yerində aparılan axtarış zamanı istifadəyə hazır terror vasitələri ələ keçirilib.
FTX terrorun Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə həyata keçirildiyini iddia edir.