Modern.az

Finlandiya əhalisinin yarıdan çoxu NATO-nu istəmir

Finlandiya əhalisinin yarıdan çoxu NATO-nu istəmir

23 Yanvar 2023, 18:13

Finlandiyada özəl yayım şirkəti olan MTV kanalı ölkənin NATO üzvlüyünə əhalinin münasibətini öyrənmək üçün sorğu keçirib.

 

Modern.az xəbər verir ki, sorğuda iştirak edənlərin təxminən 39 faizi NATO-nun ölkədə daimi bazasının yaradılmasına tərəfdar olduğunu bildirib.

 

Respondentlərin təxminən 61 faizi isə öz ölkələrində NATO-nun daimi bazalarının yaradılmasına qarşı çıxıb.

 

İştirakçıların 49 faizi Finlandiyanın beynəlxalq hərbi əməliyyatlarla yanaşı, Finlandiyanı müdafiə edən fəaliyyətlərdə daha fəal iştirak etməli olduğunu bildirib. Təxminən 42 faizi isə Finlandiyanın NATO-da yalnız ölkənin milli müdafiəsi ilə birbaşa əlaqəli əməliyyatlarda iştirakını dəstəklədiyini söyləyib.

 

Sorğunun nəticələri göstərir ki, Finlandiya əhalisinin təxminən 40 faizi NATO-nun Ukraynaya hansısa formada müdaxiləsini arzulayır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir