Modern.az

Nazarbayev əməliyyatdan sonra evə buraxıldı

Nazarbayev əməliyyatdan sonra evə buraxıldı

24 Yanvar 2023, 09:24

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev Astanadakı Milli Elmi Ürək Cərrahiyyə Mərkəzində planlı ürək əməliyyatından sonra evə buraxılıb.

 

Modern.az xəbər verir ki, bu barədə tibb müəssisəsindən TASS-a məlumat verilib.

 

"O, vəziyyətinin stabilləşməsi və yaxşılaşması ilə əlaqədar evə buraxılıb", - kardiocərrahiyyə mərkəzindən bildirilib.

 

Sabiq prezidentin mətbuat katibi Aydos Ukibay yanvarın 20-də siyasətçinin ürəyindən əməliyyat olunduğunu və əməliyyatın uğurla keçdiyini açıqlayıb. 

 

Qeyd edək ki, Nazarbayev 1991-ci ildən 2019-cu ilə qədər Qazaxstan prezidenti olub. 2019-cu ilin martında o, öz istəyi ilə tutduğu postdan istefa verib. Beləliklə, Nazarbayevin varisi Kasım-Jomart Tokayev olub.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?