Modern.az

Qalmaqallı prezident istefa verəcəyini açıqladı

Qalmaqallı prezident istefa verəcəyini açıqladı

25 Yanvar 2023, 08:58

Peru prezidenti Dina Boluarte növbədənkənar seçkilərin tarixi təyin edildikdən sonra istefa verməyə hazır olduğunu bildirib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə başçısı bu barədə xalqa müraciətində deyib.

 

Dina Boluarte etirazçıların tələb etdiyi kimi, dərhal istefa verməyəcəyini diqqətə çatdırıb. 

 

Onun sözlərinə görə, bu cür gedişat qaçaqmalçılıq və narkotik ticarəti kimi qeyri-qanuni fəaliyyətlərlə məşğul olan qrupları aktivləşdirəcək, eyni zamanda ölkədə anarxiya və böhran vəziyyətinə gətirib çıxaracaq.

 

Qeyd edək ki, 2022-ci il dekabrın 7-də prezident Pedro Kastilyonun vəzifəsindən kənarlaşdırılmasından sonra Peruda kütləvi etirazlar başlayıb. Etirazçılar Boluartenin istefasını, parlamentin bağlanmasını və yeni seçkilərin keçirilməsini tələb edirlər.

 

Məlumata görə, toqquşmalar zamanı 50-dən çox aksiya iştirakçısı həlak olub, yüzlərlə insan yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir