Modern.az

İti vurmamaq üçün ağır qəza törətdi - VİDEO

İti vurmamaq üçün ağır qəza törətdi - VİDEO

26 Yanvar 2023, 14:50

Türkiyənin Hatay rayonunda iki yük avtomobili toqquşub.

 

Modern.az xəbər verir ki, qəzaya sürücülərdən birinin qəfil əyləcə basması səbəb olub.

 

Belə ki, yük avtomobillərindən birinin sürücüsü qarşısına çıxan iti vurmamaq üçün qəfil əyləcə basıb. Bu səbəbdən arxadan gələn başqa bir yük maşını onun avtomobilinə çırpılıb. Arxadan gələn maşının sürücüsü yüngül yaralanıb.

 

Hadisə yerinə təcili tibbi yardım, polis və xilasetmə qrupları cəlb edilib. Həkimlər yaralı sürücüyə hadisə yerində müdaxilə ediblər.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu