Modern.az

Rusiyalı deputat “xüsusi əməliyyatı”n statusunu dəyişməyi təklif etdi

Rusiyalı deputat “xüsusi əməliyyatı”n statusunu dəyişməyi təklif etdi

Dünya

26 Yanvar 2023, 09:54

Rusiya Dövlət Dumasının deputatı Mixail Şeremet ABŞ və Almaniyanın Ukrayna ordusu üçün tank tədarükü ilə bağlı qərarı fonunda Rusiyanın Ukraynadakı “xüsusi əməliyyatı”nın statusunu dəyişməyi təklif edib.

Modern.az-ın “Ria Novosti”yə istinadən verdiyi xəbərə görə, deputat yeni statusun adını açıqlamasa da, vurğulayıb ki, davam edən hadisələr artıq adi hərbi münaqişədən kənara çıxır.


Çərşənbə günü Almaniya hökuməti Ukraynaya "Leopard 2" tankları verməyi qərara alıb. Ağ Ev isə Ukraynaya 31 ədəd "M1 Abrams" tankı göndərmək niyyətini təsdiqləyib. ABŞ səlahiyyətlilərinin sözlərinə görə, tankların çatdırılması bir neçə ay çəkəcək.


Birləşmiş Ştatlar ümid edir ki, Ukraynaya silah tədarükü nəinki müdafiədə Kiyevə kömək edəcək, həm də Krım da daxil olmaqla itirilmiş əraziləri geri qaytarmağa imkan verəcək.


"ABŞ-ın təmsil olunduğu NATO Ukrayna ilə bağlı silah tədarükünü artırır. Hesab edirəm ki, bu gün Ukraynada “xüsusi əməliyyat”ın statusunun dəyişdirilməsi məsələsini ölkəmizin qarşısında duran yeni çağırışları nəzərə almaqla müzakirə etməyə dəyər. Davam edən hadisələr artıq adi hərbi münaqişədən kənara çıxıb. “Xüsusi əməliyyat”ın statusunun dəyişdirilməsi ölkə iqtisadiyyatını hərbi müstəviyə keçirməyə və bütün resursları ümumi qələbə üçün səfərbər etməyə imkan verəcək”, - deputat bildirib.
 

Onun sözlərinə görə, Qərbin öldürücü silahlarının Ukraynaya ötürülməsinə yol verilməməlidir. “Biz hər şeyi etməliyik ki, Ukraynaya öldürücü silahların tədarükünə mane olaq”, - deputat vurğulayıb.
 

Rusiya Ukraynaya silah tədarük etdiyi üçün bundan əvvəl NATO ölkələrinə nota göndərmişdi. Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Ukrayna üçün silah olan istənilən yük Rusiya üçün qanuni hədəfə çevriləcək. Rusiya Federasiyası Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO ölkələri Ukraynaya silah verməklə “odla oynayır”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı