Modern.az

Saakaşvili reanimasiyaya köçürüldü

Saakaşvili reanimasiyaya köçürüldü

Dünya

31 Yanvar 2023, 15:52

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili müalicə olunduğu "Vivamed" klinikasında reanimasiya şöbəsinə köçürülüb. 

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstanın "Vahid Milli Hərəkat" partiyasının üzvü, keçmiş dövlət başçısının ailə dostu Georgi Çaladze deyib.

 

"Hazırda Saakaşvili reanimasiyaya köçürülür", - o bildirib.

 

Gürcüstanın keçmiş prezidentinin səhhətinin vəziyyətini şərh edən Çaladze siyasətçinin kritik vəziyyətdə olduğunu söyləyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et