Almaniyaya qarşı növbəti ittiham yəhudi hökumətinə 1 milyard dollar təzminat qazandırıb. Modern.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Almaniya Holokost soyqırımının sağ qalan qurbanlarına görə 1 milyard dollar təzminat ödəyəcək.
Təzminat İsrail hökumətinə illik ödəniş formasında 2017-ci ilədək veriləcək. Soyqırımının sağ qalan qurbanlarına görə təzminatı “Yəhudi Material İddia Assosiasiyası” tələb edib.
Alman hökumətinin assosiasiya ilə razılığına əsasən, 2015-ci ildə 266 milyon, 2016-ci ildə 273 milyon, 2017-ci ildə isə 280 milyon dollar təzminat ödəniləcək. Əvvəldən razılaşdırıldığı kimi 2014-cü ildə ödəniləcək təzminatın məbləği 185 milyon dollar təşkil edir.
Qeyd edək ki, “Yəhudi Material İddia Assosiasiyası” 1951-ci ildə yaradılıb. Assosiasiya Almaniya hökumətindən Holokost qurbanları üçün təzminat almaq məqsədi ilə yaradılıb. Yarandığı gündən etbarən Almaniya hökumətindən 70 milyard dollar pul alıb.
Elçin AĞAYEV