Modern.az

Günün möcüzəsi: 203 saat sonra xilas edilən ərlə arvad...

Günün möcüzəsi: 203 saat sonra xilas edilən ərlə arvad...

Dünya

14 Fevral 2023, 17:24

Türkiyənin Kahramanmaraş vilayətində yeddimərtəbəli binanın dağıntıları altında qalan gənc cütlük sağ çıxarılıb.

 

Modern.az xəbər verir ki, xilasetmə əməliyyatları zamanı zirzəmidən səs eşidilib. 

 

Hadisə yerinə cəlb olunan xilasedicilər bir neçə saat axtarışdan sonra 24 yaşlı Hidayət Polad və onun həyat yoldaşı 32 yaşlı Müharrem Polatı xilas ediblər. Onların 203 saat dağıntılar altında qaldığı bildirilib.

 

Qeyd edək ki, Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir. Son məlumatlara görə, fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 31 974 nəfərə çatıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda hoteldə faciə - İKİ NƏFƏR ÖL*Ü