Modern.az

261 saat sonra xilas edilən gəncin ilk istəyi hamını kövrəltdi - VİDEO

261 saat sonra xilas edilən gəncin ilk istəyi hamını kövrəltdi - VİDEO

Dünya

17 Fevral 2023, 09:50

Türkiyənin Hatay vilayətində 261 saat sonra dağıntılar altından çıxarılan Mustafa Avcının günlər sonra dostu ilə telefon danışığı izləyənləri kədərləndirib.

 

Modern.az xəbər verir ki, zəlzələ zamanı Hataydakı xəstəxanaların birinin dağıntıları altından çıxarılan Avcının ilk arzusu dostu ilə telefon əlaqəsi saxlamaq olub.

 

Onun səsini eşidən dostu göz yaşlarına hakim ola bilməyib. Dostundan ailəsinin salamat olub-olmadığını soruşub. Cavabında hər kəsin yaşadığını eşidən gənc sevincindən xilasedicinin əlindən öpüb

 

Həmin anın görüntülərini təqdim edirik:

 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Zəlzələ ciddi dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələ zamanı ölənlərin sayı 38 mini keçib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!