Modern.az

İran bütün dünya üçün problem yaradır - Pentaqon 

İran bütün dünya üçün problem yaradır - Pentaqon 

Dünya

1 Mart 2023, 21:38

İrandan gələn təhdidlər təkcə Yaxın Şərqə deyil, həm də bütün dünya üçün problem yaradır.

 

Modern.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin köməkçisi Dana Stroll məlumat verib.

 

Stroll Tehran və Moskva arasında hərbi əməkdaşlığın genişlənməsinə və xüsusən də İranın Rusiya ordusuna kamikadze pilotsuz uçuş aparatları tədarük etməsinə diqqət çəkib.

 

Pentaqon rəhbərinin köməkçisi “İran və Rusiyanın məkrli əməkdaşlığına qarşı mübarizə aparmaq üçün qlobal koalisiya yaratmağa” çağırıb.

 

“İranın Ukraynada öyrəndiyi və təkmilləşdirdiyi taktika, üsul və prosedurların bir gün Yaxın Şərqdəki tərəfdaşlarımıza qarşı istifadə olunacağını güman etmək ağlabatandır”, - o deyib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK iddia: Köçəryanla Sarkisyan tezliklə Bakıya göndəriləcək