Modern.az

6 ay Xarkovda gizlənən rus hərbçi tutuldu

6 ay Xarkovda gizlənən rus hərbçi tutuldu

Dünya

14 Mart 2023, 19:56

Ukrayna Milli Polisi Xarkov vilayətinin Kupyansk bölgəsində 42 yaşlı rusiyalı hərbçini saxlayıb.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, adı açıqlanmayan mülki geyimdə olan hərbçi patrul xidməti tərəfindən tutulub.

 

O, Rusiyanın 27-ci motoatıcı briqadasında xidmət etdiyini və Moskva vilayətində yaşadığını bildirib.

 

Hərbçi son altı ay ərzində Kupyanskın özündə və ətrafında tərk edilmiş evlərdə gizləndiyini deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et