Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırdı

Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırdı

28 İyul 2023, 17:00

Qətər Ukraynaya 100 milyon dollar humanitar yardım ayırıb.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

 

Qeyd olunub ki, ayrılan vəsait tibb, təhsil, minaların təmizlənməsi və digər humanitar layihələrə yönəldiləcək.

 

Qeyd edək ki, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman əl-Tani Ukraynada səfərdədir. O, həmkarı D.Şmıqalla görüşüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Hücum hazırlığı başladı: Rus hərbçilər Ermənistanda səngər qazır