İsrailin Livanın cənub və şərqinə endirdiyi hava hücumları nəticəsində daha 31 nəfər ölüb, 60-dan çox insan yaralanıb.
Modern.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
2 martda başlayan gərginlikdən bəri Livanda ölənlərin ümumi sayı 3073-ə, yaralıların sayı isə 9362-yə çatıb.