Modern.az

Putinin nümayəndəsindən Paşinyana məktub - Onun həbsi qanunsuzdur

Putinin nümayəndəsindən Paşinyana məktub - Onun həbsi qanunsuzdur

Dünya

11 Avqust 2023, 11:41

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Ermənistanın Rusiya Federasiyası və İsraildəki keçmiş səfiri Armen Smbatyanın həbs-qətimkan tədbirinə yenidən baxılmasına köməklik göstərilməsi xahişi ilə baş nazir Nikol Paşinyana müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

 

"Bildiyiniz kimi, məhkəmə Ermənistanın fövqəladə və səlahiyyətli səfiri, ictimai xadim, Ermənistan SSR-nin əməkdar incəsənət xadimi, bəstəkar, professor Armen Smbatyanın həbsi barədə qərar qəbul edib. Bu qərar tamamilə qanunsuzdur və ciddi narahatlıq yaratmaya bilməz”, - Şvıdkoy məktubunda belə yazıb.

 

O qeyd edib ki, Smbatyanın həbsi bütövlükdə ölkə üçün və beynəlxalq hüquq çərçivəsində ciddi reputasiya risklərinə səbəb olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok