Modern.az

Polşanın yeni xarici işlər naziri Kiyevdədir

Polşanın yeni xarici işlər naziri Kiyevdədir

Dünya

22 Dekabr 2023, 12:42

Polşanın xarici işlər naziri Radoslav Sikorski Ukraynaya səfər edib.

 

Modern.az xəbər verir ki, nazir bu barədə X-də paylaşım edib.

 

Nazir artıq paytaxt Kiyevdədir. Onun səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.

 

Qeyd edək ki, bu, Sikorskinin nazir qismində Ukraynaya ilk səfəridir.

 

Radoslav Sikorski Polşadakı son seçkilərdən sonra formalaşan yeni Donald Tusk hökumətinin XİN başçısıdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok