Modern.az

İtaliya Ukraynaya dəstəyi davam etdirəcək

İtaliya Ukraynaya dəstəyi davam etdirəcək

Dünya

27 Dekabr 2023, 15:50

İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani ölkəsinin Ukraynaya tam dəstək kursunu davam etdirəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə "Canale 5" nəşri məlumat yayıb.


O deyib ki, İtaliyanın G7-yə sədrliyi zamanı ölkə Ukrayna və Yaxın Şərqdəki münaqişələrin həlli yollarını axtaracaq.


“Qərb Ukrayna ilə həmrəylik nümayiş etdirməkdə davam edir və sədrliyimizlə G7-də bu, Yaxın Şərq və süni intellekt məsələləri ilə yanaşı prioritet olacaq. Biz həm Ukraynada, həm də Yaxın Şərqdə sülh istəyirik”, - deyə Tajani qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok