Modern.az

Almanlar Rusiyanın digər ölkələrə də təcavüz edəcəyini düşünür - SORĞU

Almanlar Rusiyanın digər ölkələrə də təcavüz edəcəyini düşünür - SORĞU

Dünya

9 Fevral 2024, 17:46

Almaniya vətəndaşlarının əksəriyyəti Ukrayna üzərində qələbə qazanacağı təqdirdə Rusiyanın digər ölkələrə təcavüzündən qorxur.

 

Modern.az "Deutsche Well"yə istinadən xəbər verir ki, bununla belə, Kiyevə kömək etmək istəyi azalır.

 

"Tagesspiegel" gələn həftə Münhen konfransının açılışı ərəfəsində həyata keçirilən "Münhen Təhlükəsizlik İndeksi 2024" araşdırmasının məlumatlarını dərc edib.

 

Respondentlərin 56%-i Ukrayna üzərində qələbə qazanacağı təqdirdə Rusiyanın digər ölkələrə qarşı təcavüzü riskini görür. Respondentlərin 48%-i isə Avropanın yalnız Rusiya müharibədə uduzduğu təqdirdə təhlükəsiz olacağı fikrini bölüşür.

 

25% Ukraynadan qaçqın qəbulunun artırılmasına razıdır (2022-ci ilin mayında 46% belə hazır olduğunu bildirib). Respondentlərin əksəriyyəti Ukraynaya ağır silahların tədarükünün artırılmasının əleyhinədir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi