Modern.az

Gürcüstanda nikahların sayı AZALIB

Gürcüstanda nikahların sayı AZALIB

Dünya

28 Mart 2024, 16:59

Gürcüstanda nikahların sayı azalıb.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, 2023-cü ildə 22 275 nikah qeydə alınıb.

 

Bu da 1 il əvvəllə müqayisədə 14,5% azdır. Boşanmalar 13 664 sayda olub, bu isə 2022-ci illə müqayisədə 3,1% azdır.

 

Gürcüstanda 2023-cü ildə ilk nikahın orta yaşı qadınlar üçün 29,7 yaş, kişilər üçün isə 32,1 yaş olub. Gürcüstanda nikahların orta müddəti bir neçə ildir dəyişməyib - 11,1 il.

 

Boşanma üçün müraciət edən qadınların orta yaşı 38,2, kişilərin isə 40,8-dir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir