Modern.az

İvanişvili qalmaqallı qanuna dəstək aksiyasına şəxsən qatılacaq - YENİLƏNİB

İvanişvili qalmaqallı qanuna dəstək aksiyasına şəxsən qatılacaq - YENİLƏNİB

Dünya

24 Aprel 2024, 11:56

Milyarder Bidzina İvanişvili aprelin 29-da Tiflisdə "Gürcü arzusu" mitinqində şəxsən çıxış etməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bunu GSAC müstəqil analitik mərkəzinin rəhbəri Nodar Xarşiladze "Palitra News"a bildirib.

 

Xarşiladzenin sözlərinə görə, “xarici agentlər” haqqında qanunu yenidən gündəmə gətirmək təşəbbüsü şəxsən qeyri-hökumət təşkilatlarını zəiflətmək istəyən İvanişvilidən gəlib. İvanişvili İsveçrənin "Credit Suisse" bankındakı pulunun dondurulmasının səbəblərindən biri kimi QHT tərəfindən aparılan antikorrupsiya araşdırmalarını görür.

 

Bildirilib ki, Aİ-yə gəlincə, hakim partiya başa düşür ki, onlar hələ də “9 addımı” yerinə yetirməyəcəklər - üzvlük danışıqlarında gələcək irəliləyiş üçün şərtlərdən söhbət gedir. Artıq Gürcüstanla bağlı rəyin mənfi olacağı gözlənilirdi. Belə ki, bu işdə hakim partiyanın məntiqi belə idi ki, seçkilərə üç həftə qalmışdansa, indi neqativ almaq daha yaxşıdır.

 

***

22.04.2024 / 11:42

 

Gürcüstanın hakim partiyası aprelin 29-da “xarici agentlər haqqında” qanuna dəstək aksiyası keçirəcək.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə "Gürcü Arzusu" Partiyası açıqlama yayıb.

 

“Sizi, ölkəmizin vətənpərvər vətəndaşlarını, Gürcüstandakı inqilabı qara pul, pravoslav kilsəsinə hücumlar, LGBT təbliğatı, narkotik təbliğatı, radikalizm və maliyyə qütbləşməsini rədd etməyə çağırırıq. Biz imkan verə bilmərik ki, siyasi və mənəvi cəhətdən iflasa uğramış siyasi azlıq spekulyasiya etsin və xalqın adından danışsın.

 

Biz gürcü xalqının böyük əksəriyyətinin harada olduğunu, həqiqəti və ənənəvi dəyərləri qiymətləndirən hər kəsə göstərəcəyik”, - bəyanatda deyilir.

 

Qeyd edək ki, qanun layihəsinə müxalifətin etiraz aksiyaları davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok