Modern.az

Avropadan Gürcüstana növbəti \"xarici agentlər\" ÇAĞIRIŞI

Avropadan Gürcüstana növbəti \

24 Aprel 2024, 11:16

Avropa İttifaqı Gürcüstan hakimiyyətini “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini geri götürməyə çağırıb.

 

Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, bunu böhranların idarə olunması üzrə Avropa komissarı Janez Lenarçiç keçirilən debatlar zamanı Avropa Parlamentinin tribunasından bildirib.

 

“Aydındır ki, bu qanun layihəsi Avropa norma və dəyərlərinə uyğun gəlmir. Əgər layihə qəbul olunarsa, bu, Gürcüstanın gələcək Avropa yolunu təhlükə altına atacaq”, - Avropa komissarı deyib.

 

Qeyd edək ki, Gürcüstanda qalmaqallı qanun layihəsinə etirazlar davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok