Modern.az

Robert Koçaryanla 1 dəfə görüşmüşük - Radikal arxiyepiskop

Robert Koçaryanla 1 dəfə görüşmüşük - Radikal arxiyepiskop

Dünya

10 May 2024, 10:38

"Ermənistanın yeni baş nazirinin namizədliyi hələ o qədər də aktual deyil, bu ikinci dərəcəli məsələdir".

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu delimitasiyaya qarşı aksiyaların təşkilatçılarından olan, radikal arxiyepiskop Baqrat Qalstanyan deyib.

 

Qalstanyan bildirib ki, hazırda baş nazir postuna müxtəlif namizədlər müzakirə olunur: "Amma ilk addım impiçment proseduru ilə məşğul olmaqdır, hər şeyin öz vaxtı var".

 

Onun əməllərinin arxasında eks-prezident Robert Koçaryanın dayanması ilə bağlı xəbərlərin yayıldığını soruşduqda, arxiyepiskop deyib ki, onlar həyatlarında bir dəfə, 2001-ci ildə, təxminən 5 dəqiqə görüşüblər: "Bundan sonra görüşməmişik".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ