Moskvada hava limanında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülür. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Moskvanın “Şeremetevo” hava limanında sərnişinlərin özləriylə götürdükləri su, aerozol, kosmetika, mayelər, yapışdırıcılar, gellər, hətta maye dərman və rəssam boyalarının da təyyarənin salonuna buraxılması qəti qadağan edilib. Bu və bu kimi məhsullar yalnız təyyarənin baqajına verilməlidir. Bu tədbirlərin təhlükəsizlik məqsədilə həyata keçirlidiyi bildirilir.
Modern.az