Modern.az

Putin CANLI EFİRDƏ: “Ukrayna ilə müharibə olmayacaq”

Putin CANLI EFİRDƏ: “Ukrayna ilə müharibə olmayacaq”

Dünya

4 Mart 2014, 15:29


Rusiya prezidenti Vladimir Putin Ukrayna xalqı ilə döyüşməyə hazırlaşmadığını bəyan edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bunu Rusiya prezidenti bu gün Ukraynadakı hadisələrlə bağlı Moskvada keçirilən mətbuat konfransında deyib. O, jurnalistin Ukrayna ilə müharibənin başlayacağı ehtimalı ilə bağlı suala cavab verərkən bəyan edib ki, Ukrayna xalqı ilə vuruşmağa hazırlıq getmir: “Əgər biz ordu yeritmək haqda qərar qəbul etsək, bu ancaq Ukrayna vətəndaşlarını müdafiə etmək üçün olacaq”.

Rusiya prezidenti Krımın birləşdirilməsi məsələsinə baxılmayacağını bildirib. O, eks-Ukrayna prezidenti Yanukoviçin siyasi gələcəyə malik olmadığını bəyan edib.   

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ