Avropa Şurası Parlament Assambleyası (AŞPA) Şimali Qafqazda insan haqları sahəsində vəziyyətə görə Rusiyanı tənqid edib. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, söhbət Şimali Qafqazın müsəlman respublikaları - Çeçenistan, Dağıstan və İnquşetiyadan gedir. AŞPA-nın bu barədə qəbul etdiyi qətnamədə qeyd olunur ki, Çeçenistan hakimiyyəti insanları qorxu mühitində saxlamaqda davam edir, müxalifət liderləri və huqüq müdafiəçiləri aradan götürülür. Bütün bunlar demokratiya şəraitində hakimiyyətin şokyaradan mənimsənilməsi yolu ilə baş verir. İnqşetiyada 2009-cu ildən başlayaraq zorakılıq artıb. Dağıstanda terror aktları çoxalıb, bu isə hüquq mühafizə orqanlapının repressiv tədbirləri ilə müşayiət olunur. Qətnamə AŞPA insan haqları Komətəsi tərəfindən yekdil səslə qəbul olunub və iyun sessiyasının gündəliyinə salınıb.