“NATO Avropada yaranmış böhranlı vəziyyətə görə həmişəki kimi məsuliyyəti Rusiyanın üzərinə atmaqda təqdim edir”. Modern.az rus KİV-nə istnadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) yaydığı bəyanatda bildirilib. Bəyanatda NATO-nun baş katibi Andres Foq Rasmussenin son açıqlamalarına münasibət açıqlanıb. . Rusiya xarici siyasət idarəsi hesab edir ki, NATO Yuqoslaviyaya qarşı 1999-cu ildə həyata keçirdiyi müdaxilə zamanında istifadə etdiyi təbliğat vasitələrini Ukrayna böhranı zamanı daha da genişləndirib. “Son günlər Şimali Atlantika Alyansı bir neçə sənədlərin, o cümlədən, “Rusiyanın ittihamları- əslində işlər nə yerdədir” adlı hesabat dərc edib və Ukraynada yaranmış vəziyyətə görə Rusiyanı ittiham edib”.
Nazirlik sənəddəki irəli sürülən ittihamları əssasız adlandırmaqla NATO-nun Rusiyaya qarşı ənənəvi təbliğat vasitələrindən istifadə etdiyini qeyd edib.
Vüqar İsmayılov