Modern.az

Ərdoğanın yeni təyyarəsi - içində iclas zalı, yataq otağı var

Ərdoğanın yeni təyyarəsi - içində iclas zalı, yataq otağı var

Dünya

29 Avqust 2014, 01:02



Türkiyənin yeni prezidenti Rəcəb Tayyib Ərdoğanın yeni təyyarəsi Airbus A330-200 Prestige onun Çankaya köşkünü təslim alma mərasimində iştirak etdiyi dəqiqələrdə Türkiyəyə gəlmək üçün ABŞ-ın San Antonio hava limanından uçub. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, yeni VİP təyyarənin avqustun 29-da Türkiyə vaxtı ilə səhər saat 07.00-da İstanbul Sabiha Gökçen hava limanına enməsi gözlənilir.

Məlumatda qeyd edilir ki, 2012-ci ildə istehsal olunan təyyarə, daha sonra kabinə modifikasiyası üçün San Antonio Qor Design şirkətinə göndərilib. TC qeydiyyatlı A330-200 90 yerlikdir. İçində iclas zalı, xüsusi yataq otağının olduğu təyyarənin təhvil alınması, test uçuşlarının ardından Türk Hava Yolları tərəfindən aparılıb.

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!