“İraq Şam İslam Dövləti”nin (İŞİD) yaraqlıları İraqın Mosul şəhərində terror təşkilatının lideri Əbu Bəkir əl-Bağdadi ilə əməkdaşlıqdan imtina edən 16 nəfərə od vurublar. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli məmur Hamid əl-Azavinin sözlərinə görə, islamçı terrorçuların nəzarətində olan Mosul açıq havada həbsxanaya çevrilib. Onun fikrincə, yerli sakinlər təzyiqlərə məruz qalır və yaraqlıların amansız davranışlarından əziyyət çəkirlər. Bununla belə o qeyd edib ki, bir çox elmi işçi və din nümayəndələri yaraqlılarla əməkdaşlıq edir.
Modern.az