Modern.az

Keçmiş cərrah ABŞ prezidentliyinə namizəd olacaq

Keçmiş cərrah ABŞ prezidentliyinə namizəd olacaq

Dünya

4 May 2015, 11:32


Amerikalı keçmiş neyro-cərrah, respublikaçı Ben Karson 2016-cı il seçkilərində ABŞ prezidentliyinə namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o deyib ki, ölkə qarşısında duran məsələlərin həllində iştirak etmək istəyir: “Ona görə ABŞ prezidentliyinə namizədliyimi irəli sürəcəyimi elan edirəm”.

Karson prezidentlik uğrunda yarışa rəsmən bu gün anadan olduğu Miçiqan ştatının Detroyt şəhərində keçiriləcək tədbirdə qoşulacaq.

Karson 1987-ci ildə ilk dəfə siam əkizlərinin ayrılması ilə bağlı uğurlu əməliyyat keçirən cərrah kimi məşhurdur. 2008-ci ildə oğul Corc Buş onu prezidentin Azadlıq medalı ilə mükafatlandırıb. Onun məşhurluğu ilə bağlı film çəkilib.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabr ayında keçiriləcək. İndiki demokrat-prezident Barak Obama qanuna görə 3-cü müddətə namizədliyini irəli sürə bilməz. Bu seçkilərdə demokratların ən şanlı namizədinin keçmiş dövlət katibi Hillari Klintonun olacağı gözlənilir.

Modern.az 

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok