Türkiyənin prezidenti Rəcəb Tayyip Ərdoğan növbədənkənar parlament seçkilərində səs verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, o, İstanbulun Üsküdar səmtindəki Saffet Çəbi ibtidai məktəbində səsvermə hüququndan istifadə edib.
“Bu gün 54 milyon vətəndaşımız səsverməyə gedir. İyunun 7-də keçirilən seçkilərdən nəticə hasil olmadığı üçün rahat formalaşacaq hökumət qurmaq yeni seçkiyə qaldı. Milli iradənin ortaya qoyulacağı seçkilərin nəticəsinə hamımız hörmət edəcəyik”, - Ərdoğan deyib.
Bundan öncə, Xalqların Demokratik Partiyasının (HDP) sədri Səlahəddin Demirtaş və baş nazir, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Əhməd Davudoğlu da səs veriblər.
Vüqar İsmayılov