Modern.az

Fransada fövqəladə vəziyyət daha 3 ay davam edəcək

 Fransada fövqəladə vəziyyət daha 3 ay davam edəcək

Dünya

20 Noyabr 2015, 23:00

 

Fransa senatı ölkədə fövqəladə vəziyyət rejiminin 3 ay müddətinə uzadılmasını təsdiqləyib. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Senat sədri Bernar Larşe bildirib.

Onun sözlərinə görə, səsvermədə 348 senator iştirak edib, onlardan bir neçəsi bitərəf qalıb.

“348 nəfərdən 336-sı qərarın lehinə səs verib. Beləliklə, qanun layihəsi qəbul olunaraq təsdiqlənib”, deyə Fransa parlamenti yuxarı Palatasının sədri bildirib.  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ