Modern.az

Rusiyanın qadağaları ilə bağlı ən mənfi ssenariyə hazırıq - Davutoğlu

 Rusiyanın qadağaları ilə bağlı ən mənfi ssenariyə hazırıq  - Davutoğlu

Dünya

1 Dekabr 2015, 22:34

 

“Türkiyə Rusiya Federasiyası tərəfindən tətbiq olunan qadağalarla bağlı ən mənfi ssenariyə hazırdır. Ancaq, hesab edirəm ki, vəziyyət bu həddə çatmamalıdır". Modern.az saytı xəbər verir ki, bunu Türkiyənin Baş naziri Əhməd Davutoğlu yerli telekanallara müsahibəsində bildirib.

Onun sözlərinə görə, Moskvanın qadağa siyasətinin təsirinin mininmum həddə çatdırılması üçün Türkiyə höküməti yaxın vaxtlarda xüsusi tədbirlər planını açıqlayacaq.

 "Hər iki ölkə mənfi təsirə məruz qalacaq. Odur ki, ən doğru yol - danışıqlar prosesidir", - deyə Davutoğlu vurğulayıb.  

 Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok