Dekabrın 14-də ABŞ prezidenti Barak Obama Pentaqonda Milli Təhlükəsizlik Şurasının İŞİD-lə mübarizəyə həsr ediləcək iclasını keçirəcək və bəyanatla çıxış edəcək. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib.
“Prezident Obama İŞİD-in məhv edilməsinə yönələn hərbi əməliyyatlarla bağlı məlumatlandırılacaq. O, milli təhlükəsizlik üzrə komandasına strategiyamızın müxtəlif aspektlərini qiymətləndirmək tapşırığını verib. Hazırda İŞİD-ə qarşı mübarizəyə dair strategiyamızda hər hansı yeniliyin olub-olmayacağı barədə məlumatım yoxdur”, deyə C.Ernest qeyd edib.
Modern.az