Modern.az

Türkiyədə növbəti terror aktının qarşısı alındı

Türkiyədə növbəti terror aktının qarşısı alındı

18 Mart 2016, 13:18



Türkiyənin cənub-şərqində yerləşən Diyarbakır şəhərində terror aktının qarşısı alınıb.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bombayüklü maşın Diyarbakının Hani şəhərində dövlət idarəsinin yaxınlığında aşkar edilib.

Mütəxəssislərin yardımı ilə avtomobildəki bomba zərərsizləşdirilib.

Martın 13-də Ankarada baş verən terror aktı zamanı 37 nəfər ölmüş, 75 nəfər yaralanmışdı.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok