Səudiyyə Ərəbistanı İran və digər iri neft hasilatçılarının razılaşmaya qoşulmayacaqları təqdirdə hasilatı dayandırmayacaqlarını deyib.
Modern.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkə taxt-tacının varisi və ölkənin müdafiə naziri Məhəmməd Bin Salam məlumat verib.Onun sözlərinə görə İran neft hasilatını dondurmasa, krallıq da analoji addımı atacaq.
Qeyd edək ki, neft hasilatı ilə bağlı aprelin 17-də Qətərin paytaxtı Dohada 12 ölkənin – Səudiyyə Ərəbistanı, İran, Rusiya, Venesuela, Qətər, Nigeriya, Əlcəzair, Nigeriya, Ekvador, Bəhreyn və Omanın nümayəndələri toplaşacaq.
Vüqar İsmayılov