Əkrəm Əylislinin qalmaqallı “Daş yuxular” romanında XX əsrin əvvəlində Ordubadda, eləcə də Əylis kəndində baş vermiş hadisələrə xüsusi yer ayrılıb. Yazıçı iddia edir ki, əsərdə obrazlardan birinin nəql elədiyi olaylar tarixi faktlara söykənir və onları olduğu kimi təsvir edib.
Amma o illərin çanlı şahidi olmuş digər bir yazıçı da var – Məmməd Səid Ordubadi. Onun “Qanlı sənələr” (“Qanlı illər”) adlı xatiratı bütünlüklə 1905-ci ildə baş vermiş ilk etnik erməni-müsəlman münaqişənə həsr olunub. Məmməd Səid Ordubadinin təsvir etdiyi hadisələrin Əkrəm Əylislinin iddiaları ilə uzlaşıb-uzlaşmadığını bilmək üçün Modern.az “Qanlı sənələr”dən bir hissəni oxucuların ixtiyarına verir.
Hər iki ordubadlı yazıçı məşhur Əylis kəndində baş vermiş hadisələri qələmə alıb... Amma fərqli şəkildə...
***
“Qanlı sənələr” əsərindən bir bölmə...
AĞRILI QATAR HADİSƏLƏRİ
1906-cı ilin 29 iyulunda Zəngəzurun beşinci sahəsində baş vermiş Qatar kəndinin faciələrindən bəhs edir (məxsusi məktublardan iqtibas olunmuşdur). İntibah, yaxud ibtida. Necə ki, Oxçu-Şəbadək hadisələrinin əvvəllərində bu barədə geniş məlumat verilmişdir, yenə təkrar olaraq bir neçə kəlmə yazmağı lazım bilirəm. Məlum ola ki, ermənilərin beşinci sahəyə malik olmaları üçün erməni xəfiyyə cəmiyyəti bir çox arzularda bulunurdular. Məsələn, İrəvandan Naxçıvana qədər yol üstə yerləşən islam kəndlərini dağıtmaqla İrəvan ermənilərini Naxçıvanda hazır olan əsgəri qüvvələrlə birləşdirmək, Naxçıvandan Zəngəzura kimi yol boyunda olan köyləri dağıdıb Zəngəzur könüllüləri ilə Naxçıvandakı əsgəri qüvvələri bitişdirmək kimi alçaq xəyallar.
Buna görə əvvəl beşinci sahənin açarı misalında olan Oxçu-Şəbadək kəndlərini dağıtmaq üçün ġuşadan məğlubiyyətə uğrayıb, Cavanşir və Cəbrayıla dağılmış əsgəri qüvvəni bərpa edib mis mədənləri ilə məşhur Qatar kəndi yaxınlığındakı Barabatum, Çəkədək adlı erməni kəndlərinə yığılıb toplanmağa başlamışdılar. Bu əsgər yığımından erməni xəfiyyə cəmiyyətinin əsl məqsədi Qatarda yaşayan müsəlmanların mənəvi qüvvələrini pozub Oxçu-ġəbadək 97 faciələrində bulunmağa imkan verməmək idi. Halbuki, bu təşəbbüslərə iqdam etməkdən ötrü Mirzə Aram bəy adlı ermənini bu ətrafda yığılmış qüvvəyə başçılıq və komanda edib təşəbbüsə addım atması qəti əmri verilmişdi. Aram bəyin təşəbbüsü. 1906-cı il 29 iyulda Mirzə Aram bəyin fitvasıyla Ulxu elinin nücəba və bəyzadələrindən olan Qaraçəmən kəndinin sakini möhtərəm Camal bəyin xidmətçisi Səfyar bəyi alış-veriş bəhanəsiylə Mədən bazarına dəvət edirlər.
Zavallı Səfyar bəy xəbərsiz olduğundan silahsız atına minərək Mədən bazarına gələrkən mədən bağlarında pusqu etmiş daşnaksutyun qatilləri tərəfindən vəhşicəsinə öldürülür. Bu xəbər yayılar-yayılmaz ətraf müsəlmanları hücum edib Mədən bazarında bir nəfər erməni öldürüb, bir boş mis mədənini də yandırırlar.
Bu gurultular bir an içində Qafan dərəsinin bir-birinə yaxın olan kəndlərinə vəlvələ salıb hər tərəfdən erməni könüllüləri və erməni hərbi dəstələri hərəkət edib mədəndəki islam dükan-bazarını odlayıb yarım milyona qədər zərər vururlar.
Malları qarət olunan məzlum Ordubad tacirləri Qatar kəndinə qaçırlar. O yerin faciəsi baş verdikdə, fərari halında Oxçu-ġəbadək enişlərinə gəlib çatan altı nəfərdən ibarət bir fərari dəstəsi ermənilər əlində qətl olurlar. İyul ayının 29-da Mədən bazarı dağıldıqdan sonra Karxana adlı kənd ermənilər tərəfindən nişana alınıb atəş ilə döyülməyə başlandı.
Karxana xəbərləri, Mədən bazarı dağılandan sonra, 1906-cı il iyulun 29-da saat on iki radələrində Karxana kəndinə hücum edilir. Hər tərəfdən kəndi atəşə tuturlar. Karxana müsəlmanları ən fağır, ən kasıb və bu səbəbdən də, tez atan silahları olmadığından kəndi bir neçə dəqiqə mühafizə etsələr də ermənilərin hər dəfədə beş min tüfəngdən açılan atəşlərinə tab gətirməyərək dağ-daşa, kolluqlara dağılmağa məcbur olurlar. Erməni camaatı daş diblərindən, kol aralarından müsəlmanları bir-bir tapıb əsir alır, yainki qətlə yetirirdilər. Bu vaxt bir daşın arxasında 30-a qədər övrət-uşaq və bir neçə silahını əldən vermiş kişi tayfası gizlənmişdilər. Bu pünhan olmuş övrətlərin arasında Pakizə xanım adlanan cavan bir övrətin (Tahir adlı ordubadlı sahibi müharibədə vəfat etmişdi) döşündə Firuzə adlı südəmər bir qız var imiş. Məsum qız açılan güllələrin sədasından anasının döşündən dartınıb qorxudan qeyri-ixtiyari ağlamaqda idi. Bu çocuğun ağlamaq sədasını ermənilər eşidib gəlib hamısını həlak edərlər ehtimalı ilə çocuğu orada olan kişilər ağlaya-ağlaya anasının qucağından alıb qətl etməklə (?) səsini kəsirlər.
Karxana kəndindən bir o qədər can salamat qurtarmamışdır. Beş kəndin dağılması. Karxana camaatının bütünlüklə qətlindən sonra ermənilər həmən gün saat üç radələrində aşağıda yazılmış kəndləri dağıtdılar.
Dağılan kəndlər hərbə hazır olmadıqlarından kəndi müharibəsiz boşaltmışdılar. Dağılan kəndlərimiz Lov, Xələc, Saldaşlı, İncəvar, Daşnov kəndlərindən ibarətdir. Bu kəndlərin sağ qalan müsəlmanları Qatar kəndinə pənah gətirdilər.
Ermənilər onları təqib edib kəndi niŞana aldılar. Qatar islamlarının cəngavər olduqlarından həmən gün ermənilərə sığınacaqlardan çıxmağa əsla meydan verilmədi.
Qatar müharibəsi. Avqust ayının 1-də saat 12 radələrində ermənilər hər tərəfdən Qatar kəndini mühasirəyə alıb atəşə tutdular. Bu halda mirovoy posrednik pristav Saxarov və bir neçə strajnik kənd içində hazır imişlər. Atışma hər saat şiddət edirdi. Şiddətli atəş vaxtı pristavın yanında olan Cəlil adlı bir ləzgi strajniki -"Cənab pristav, sizdə heç rəhm-mürüvvət yoxdurmu? Siz baxırsınız, islamları gülləbaran edirlər. Olmazmı ki, kəndin kənarında olan kazaklara buyurasan, islamları mühafizə etsinlər?" - dedikdə, - "Mən müsəlmanları mühafizə edə bilmərəm. Görmürsən ermənilər necə canalıcı güllə atırlar," - cavabını vermişdir.
Ermənilər hər tərəfdən kəndi müharibə ilə viran etmək istəsələr də islamların qüvvəsindən xəbərdar olmadıqlarından cürət edib kəndə yaxınlaşa bilmirdilər. O səbəbdən pristav Saxarov ilə götür-qoy edib müsəlmanların qüvvəsini öyrənmək üçün Saxarovun razılıq və məsləhəti ilə 50 nəfər kazak və bir uryadnik göndərilir.
Kazaklar kənd içinə varıb islamları əksəriyyətlə silahlı görüb - "Siz evlərinizdə rahat oturunuz, ermənilərin güllələrinə qətiyyən cavab verməyiniz. Əlbəttə, hökumət özü sonradan onları tənbih edib cəzalandıracaqdır," - deməklə onları aldatmışdılar. Kazak əsgərləri kəndin hər tərəfinə yayılıb, islamların qüvvəsini öyrəndikdən sonra Saxarovun yanına qayıtdılar. Kazaklar gedən vaxt Qatar kəndinə dolmuş bəzi köçəri qəbilələrin rəisi Qatardan hökumət mühafizəsi ilə öz tayfasını götürüb qaçmasını Saxarova sifariş etsə də, nəzərə alınmayıb. Saxarovun əqidəsincə, Qatarda qalıb qətl olmaları məqsədə müvafiq görünür. Kazaklar kənddə olan hazırlığı ermənilərə xəbər verəndən sonra, hər tərəfdən Şiddətli hücuma başlanır. Bu hücumlarda pristav Saxarov mirovoy posredniki götürüb kazak dəstələrilə Barabatum adlanan erməni kəndinə çəkilir. Pristav kəndin bir yüksək təpəsinə çıxıb durbinlə hərb meydanını gözdən keçirən zaman - "Pəh, pəh ermənilər nə gözəl yürüşlər edirlər," – söylədiyi yanında olan süvaridən 1904-cü ildən indiyə qədər nəŞr olunan islam qəzetlərinin hər guşəsinə baxdıqda kəndli islamlar hər tərəfdə pristavlar və uyezd naçalnikləri əlindən dad-fəryad etməkdədirlər. Belə ki, Qatar islamlarının da məğlubiyyətinə ümdə səbəb pristav Saxarov olmuşdur. Ümid ki, Saxarovun yuxarıda zikr etdiyi - "Mən müsəlmanları hifz edə bilmərəm, görmürsən ermənilər necə canalıcı güllə atırlar." - kəlmələri müsəlmanların xəyalından qiyamətə qədər çıxmayacaqdır.
Müharibə zamanında düşmən ordusuna qarşı duran bir əsgəri qüvvə nə qədər güclü, nə qədər tədarüklü olursa olsun, bu qüvvəni bilincəyə qədər xəfif tüfəng atəşinə başlar. Düşmənin qarşısında bir gün axşama qədər müharibə edib axşamlar rahat olan bir qüvvədən gecə olanda kəşf qolları çıxarırlar. Yəni hər tərəfə ordunun qüvvəsinə baxmış əlli, ya artıq-əskik süvari dəstələri göndərirlər ki, düşmənin hər tərəfini gəzib qüvvələrini yoxlasınlar. Bu tövr ilə düşmənin qüvvəsini bilərlər. Yaxud libasların dəyişmiş casuslar və yainki əsir düşmüş əsgərlər vasitəsilə düşmənin ətraf sipərlərdə olan qüvvəsini dəqiq öyrənib baş komandana teleqram, yainki, məktublar vasitəsilə xəbər verirlər. Böyük komandan isə düŞmənin bu qüvvəsinə üstün gələcək qədər də əsgər göndərib düşmənin qüvvəli olan sipərlərinə qarşı yürüş icra edər və həmçinin düşmənin qüvvəsiz sipərləri qarşısında olan artıq əsgərləri də lazımi mövqelərə göndərib müxtəsər firqə komandanına bir vəchlə lazımi göstərişlər verər. Qatar ermənilərinin də fikirləri bu qəbildən imiş. Əvvəlinci hücumlarda müsəlmanlar belə dəhşətli müharibələri görmədiklərindən müdafiəyə az-az iqdam etdilər. Digər tərəfdən erməni dəstələrində olan say "çoxluğu" müsəlmanları hər halda dəhŞətə və qorxuya salırdı.
Digər tərəfdən Qatarın hər səmti erməni kəndləri olduğundan hər tüfəngini götürən erməni könüllüsü 10 dəqiqədə hərb meydanına çata bilərdi. Həqiqətən, Qatarın coğrafi mövqeyinə baxılsa bu kənd islamlarının Şücaət və igidlikləri tərifə layiqdir.
Qatar kəndi hər tərəfdən erməni köylərilə əhatə olunduğundan bir tərəfə çıxmaq, yaxud yardım etmək yolu kəsilmişdi. Digər tərəfdən Mədən bazarında olan poçt kontorundan müsəlmanlara kömək olasıdır ki, onu da müharibədən qabaq pristav Saxarovun razılığı ilə yığışdırıb Barabatum adlı erməni kəndinə aparmışlar.
Bundan məlum olur ki, Qatar camaatının hər tərəfdən ümidləri kəsilib mühasirə halında qalmışdılar. Qatar kəndində 9 gün bu növ ilə Şiddətli atışma oldusa da, müsəlmanların rəşadət və şücaətləri sayəsində ermənilər kəndin işğalına müvəffəq ola bilmədilər. Qatar kəndinə hücum edən ermənilərin sayı (8000) səkkiz min nəfərə qədər olduğu axırıncı günlərdə müsəlmanlara yəqin olduğundan məzlum camaatın ümidləri büsbütün kəsilib məzlum qəlbləri də əksəriyyətilə parçalandı. Bu halı mülahizə edən camaat bir parça kağız yazdırıb qasidə iyirmi beş rubl verməklə Zəngilanın nücəba və bəylərindən yardım istəsələr də, * - "Bizdən sizə kömək olmaz, başınıza çarə qılınız" - kimi boş cavabını alınca islamların ruh düşkünlüyü bir az da artır.
Bunu da söyləməliyik ki, Qatar müharibəsində müsəlmanlara ümdə zərbələr Məlik Azaryansın mis mədənində işləyən iranlı müsəlman işçilərdən toxunurdu.
Bu rəhmsizlər arxalarında neft, dinamit daşıyıb "ya Əli" qışqıra-qışqıra kənd içinə girdikdə müsəlmanlar "bizə sursat daşıyırlar," deyə düşünüb onları kəndə buraxırdılar. Mürüvvətsiz iranlılar həmən nefti damlara vurub yandırdıqları kimi, dinamiti daş binalara taxıb havaya uçurdardılar.
Ayın doqquzuncu gecəsi, səkkizinci günün saat 12 radələrində ermənilər hər tərəfdən kəndə yaxınlaşıb işğal etmək istədikdə müsəlman könüllüləri də sığınacaqlardan çıxıb düşmən üzərinə atıldılar. Müsəlmanlar yəqin etmişdilər ki, kəndin işini bitirmək istəyirlər. Ona görə də ölümlərini yəqin edən islam cavanları - "Sipər dalında ölüncə, düşmən qabağında ölmək yaxşıdır," - deyib ürəkdən müharibəyə qoşulur, hər dəqiqə sığınacaqdan çıxıb erməniləri püskürdürdülər. Bu halət ilə axşama qədər müharibə davam etdi. Axşam alaqaranlıqda onlar hər tərəfdən mühafizə dəstələri buraxmaqla sığınacaqlarına və ordugahlarına çəkildilər.
Bu vaxtda islamların dönük taleləri yavaş-yavaş özünü göstərib islam könüllüləri arasında, nədənsə, bir soyuqluq, bir ittifaqsızlıq peyda olundu. Olub da həmən gecə Möhtərəm müxbirin dediyi kimi, Zəngilan tərəfdən heç olmazsa 20 süvari gəlib Barabatum adlı erməni kəndini daşdan gülləbaran edib, erməniləri o tərəfə məşğul etsəydi, o halda Qatar müsəlmanları əl-ayağını yığışdırıb müharibə xəttini yarar, o tərəfə, bu tərəfə hücuma keçib bəlanı dəf edərdi. Nə fayda ki, onlarda bir qeyrət görünmədi. ümumislam sığınacaqları, istehkamları boŞlanıb kənd içində qəflət yuxusuna uydular. Hətta o gecə kəndin ətrafında əvvəlki kimi mühafizə də buraxılmadı. Bu səbəbdən ermənilər kəndin əhəmiyyətli mövqelərini gecə ikən aldılar. Bununla da Qatar kəndinin taleyi həll olundu.
Ermənilər kəndi elə əhatə etmişdilər ki, heç bir tərəfə doğru quş uçmağa belə boş məkan qalmamışdı.
Sübhə bir saat qalmış ermənilər fövqəladə bir şəkildə kəndi atəşə tutdular.
Bu müharibədə Barabatumda olan kazak dəstələri də ermənilərə kömək edirmişlər.
Bu axırıncı müharibədə ermənilər müharibəni başlamaqla qüvvələrini dörd tərəfə bölüb yürüşlər icra etdilər. Hər dəstənin qabağında bir qədər İran fəhləsi açıq-açığa neft və dinamit daşıyıb damlara od vurmaq istəyirdilər.
Bu müharibədə məğlubiyyəti gözü qabağına gətirən Qatar camaatı Şanlı zəfərlər qazandılar. Belə ki, ermənilərin dəstələri hər saatda pərişan olub arxalarındakı ehtiyat əsgərləri ilə qüvvətləndirilirdi. Bu vaxtda ermənilər tələfatın çoxluğuna baxmayaraq, ayaqüstü yürüŞlər edib kəndin qarşısında və içində olan müsəlmanlarla döyüşə girişirdilər.
Kəndin içində qanlı müharibə başlanıb erməni və müsəlman bir-birlərinin üzərinə xəncər və tüfəng işlətdilər. Ermənilərin ikrah doğuran sədaları, hərbi alətlərin birbirinə dəyməsindən yaranan şıqqıltılar, müsəlman könüllülərinin "Ya Allah! YaAllah!" sədaları, damların üstündən müharibəyə baxan anaların fəğanı bir-birinə qarışıb kənddə bir qiyamət qoparmışdı, gəl görəsən. Tüfənglərdən səmaya qalxan tüstülər, atların və piyada əsgərlərin yürüşündən əmələ gələn qanlı toz, yandırılan evlərin dumanları zavallı kəndin üstündə bəla buludları kimi mücəssəm durmuşdu.
Bu buludların altında birisi milli istəyinə çatmaq hərisliyi ilə gözü qızmış, digəri isə əziz canından keçmiş millətlər bir-birinə qarışıb bahar yağmurunun yerə çırpıb Xələc kəndində pünhan olub avqustun 9-cu gecəsi Qatara daxil olmaq istəmiş bir məzlum müsəlmanın mülahizəsi: Mədən bazarından keçib Qatar kəndinə çatdıqda mənə bir qəribə aləm nümayan oldu.
Kəndin üstü bir duman, bir tüstü mücəssəm durmuşdu. Əsla bir tərəfdə çıraq işığı, ya od və yainki kibrit parıltısı da görünmürdü. O halda heyvanatın, həşəratın, hətta insanların da sədası kəsilib kəndi o qaranlıq, o zülmanı gecədə müthiş bir sükunət qaplamışdı. Ara-sıra qaranlığın içindən südəmər çocuqların ağlamasına oxşar bir səda eşidilib kənd əhlinin əsasən oyaq olduğunu anladırdı. Gahdan bir ağlaşma, vidabazlıq, cigərsuz ağlama sədaları gəlib məni özümdən bixəbər qoyurdu. Bu ağlamağın faciəli sədaları qaranlıq gecədə vaqe olan təbii bir sükunətdən hasil olan səs-küyə qarışıb dağlara qədər küdurət əks-sədası olurdu. Kəndin ətrafında yerləşən silsilə dağlar bir yas məclisi kimi guya hər bucaqda minlərcə oğlu ölmüş validələr dizlərini qucub beylə nalə qılırdılar. Çox qulaq verdim isə də, sabahın əsarətini hal-hazırda nəzərdə mücəssəm qılıb ağlaşan anaların ürək ağrıdan sədaları məni çaşdırıb qoydu. Mən daha da artıq bir təəccüb və heyrət içində qorxu və dəhŞətin keŞməkeŞilə biixtiyar gedirdim. Nərələrə? Bilmədim! Ancaq mən gedirdimsə də, qorxu və hürkü məni könlümə qədər təqib edirdi. Nagah, mühafizəsiz buraxılmış olan müsəlman istehkamlarına təsadüf etdim. İndi də boş su qabları, boş patron qabları bir-biri üstə tökülmüşdü. Bu halda, səngərin daşlarından çıxan barıt qoxuları dimağımı alışdırıb qoyurdu. Uzaqdan ermənilərin kəndi işğal üçün hücumlarını görüncə dağlar ilə Kəllədağ kəndinə qaçmağa başladım.
Qəribə gələsi bir söz var isə o da İran fəhlələrinin hər yerdə erməni əlində qətl olub yenə hər yerdə ermənilərə kömək etməsidir. Bəli! "Düşməne-dana beh əz duste-nadan" söyləyən Şairin ruhu Şad! (Tərcüməsi: "Ağıllı düşmən, ağılsız dostdan yaxşıdır" - Ə.B.)yerdən qaldırdığı, bir-birilə baş-ayaq qalxıb düşən qətrələri kimi bir-biri ilə çarpışmada idilər. Sübhdən axşama kimi qanlı savaŞ oldu. Erməni-müsəlman birbirinə qarışıb müharibə etdilər. Kənd büsbütün yanıb qurtarsa da, müsəlmanlar kənddən çıxmadılar. "Hər halda çıxıb səhralarda çıl-çıplaq avara gəzincə, baba yurdunda ölüb qalmaq səadətdir," - deyib müharibə edirdilər. Ermənilər axşama yaxın bomba atmağa başlayıb müsəlmanları qorxutdularsa da, dam-daşlara xəsarət verib, əhalini kənddən çıxarıb qovmağa müvəffəq olmadılar. Axşam alaqaranlıqda ermənilər gedəndən sonra kənddə qalmağın qeyri-mümkün olduğunu qət edən camaat əhli-əyalını götürüb Kəllədağ kəndinə yollandılar. Hadisələrin icmalı. Bu Qatar müharibəsini təşkil edən erməni başçısı Aram bəy olub müsəlmana bir çox zərərlər vurdular. Müharibə 1906-cı il 29 iyulda başlayıb avqust ayının 9-da xitam bulmuşdu. Bu müharibədə ermənilərə açıq-açığa İran fəhlələri yardım edirdilər. İran fəhləsinin rəisi Qaradağ ölkəsində Astamal kəndinin sakini Süleyman adlı bir nəfər ermənilərə çox kömək etmişdir. Kənd büsbütün yandısa da, müsəlmanlar kənddən çıxmadılar. Ermənilər kənd ğılandan sonra qayıdıb Oxçu-Şəbadək müharibəsinə başladılar.
ZƏNGƏZURDA OXÇU-ŞƏBADƏK, YAXUD QAFAN DƏRƏSİ HADİSƏLƏRİ
Erməni xəfiyyə cəmiyyətlərinin Gəncə quberniyasındakı siyasət meydanı ancaq Şuşa şəhəri ola bilərdi. Erməni xəfiyyə cəmiyyətləri Şuşa şəhərində müsəlmanlara müxtəlif zülmlər edərək əziyyət verir, islam köylülərinə görünməmiş cəfalar, insaniyyətə yaraŞmayan vəhşiliklərlə əzablar yağdırmaqda idilər. Belə-belə hərəkətlər çox baş veribdir. İnsaniyyətin ən əvvəlinci şərti səbir olduğunu düşünən islamlar belə işlərə qonşuluğun məhəbbətli münasibətinin pozulmaması nöqteyi nəzərindən baxmaqda idilər. Ermənilər işə - "Böyük Rusiya inqilabı söndü, biz işləri sona çatdıra bilmədik," - deyərək Şuşada necə olursa olsun islamları hərbə çağırırdılar.İslam camaatı ermənilərin əyri xəyalda olub şəhərin bir sıra nöqtələrində qovğa qoparacaqlarını görüncə irəliyə çıxdılar. Çıxıb da şücaət və igidliyi qanında olan Şuşa camaatı erməniləri cəzalandırmaqdan əsla çəkinmədilər.
Açıq-açığa ermənilər məğlub oldular. Hər tərəfə gizli bir halda məğlubiyyət teleqramları vuruldu. Erməni xəfiyyə cəmiyyəti siyasətbazları da pərişan bir hala düşdülər. İşi belə görüb Zəngəzura üz tutub əsgər toplamaq üçün Hayıstana -İrəvan, Abaran, Aleksandropol diyarına əmrnamələr göndərildi. Açıq-açığa Zəngəzura əsgəri ləvazimat və hərbə dair planlar göndərilirdi. Zəngəzurda gözlənilən müharibələrə ermənilər mümkün qədər ləvazimat daşımaq üçün Şuşa şəhərini münasib saymırdılar. Çünki, o ətrafda ermənilərin məğlubiyyətindən sonra odlu silah göndərmək asan məsələ deyildi. Buna görə İrəvandan əsgər və sair ləvazimat göndərmək üçün ermənilər ən son nəfəsə qədər çalışmaqda idilər. Zira, bu vaxtlar İrəvandan yol boyunca Zəngəzura qədər erməni nüfuzu bir az icra olacaq kimi idi. Bunları mülahizə edən erməni başçıları İrəvandanZəngəzura qədər yol üstlərində yerləŞən islam köylərinə təzyiq göstərmək üçün erməni əsgər komandanlarına qəti əmr verməkdə idilər. Bundan sonra İrəvandan Zəngəzura bir qalibiyyət yolu açmağa təşəbbüs edilib, yol üstlərində, dağ keçidlərində olan kəndlərə zülm əli uzanmağa başlandı. Bir çox kəndlər dağıdıldı, bir çox evlər yıxıldı. Xanlıqlar, İtqıranlar darmadağın olaraq Naxçıvan mahalı, Cəhri qəsəbəsi faciəsi qəflətən baş verdi. Və burada hökumət qoşunu ilə ermənilərin əlbir olmalarış aşkara çıxdı. Digər tərəfdən dağ keçidlərindən Zəngəzura aşmaq üçün Dirlis, Unus, Pəzməri adlı islam köylərini dağıda bilməyərək onları yalnız mənəvi sarsıntıya məruz qoydular. Yuxarıda adı çəkilən köylərin terrorundan sonra Zəngəzuru bir nişana almış məqamında duran Oxçu-Şəbadək, Purdavud, Atqız köyləri ermənilərin həyatimilliyyələrini dəhşətə salmağa başlamış idi. Zira, Oxçu və ətraf köylərin islamları ən cəsur, ən şücaətli adamlar olduğundan əlavə, bir-birinə bağlı köylərin camaatış islamın ən müqəddəs əsəri olan ittifaq üzrə yaçamaqda idilər. Demək olar ki, bu köylər Zəngəzur ölkəsinin açarı sayılırdı. Bunların hamısını ermənilər öz casusları və mühəndisləri vasitəsilə müayinə ilə tədqiq etdikdən sonra bu köyləri alıb dağıdacaq dərəcədə hərbi qüvvə toplamağa girişmişdilər. Ermənilərin Qafan dərəsində toplanmış qüvvəsi müharibəni başlamaqla gedişi haqqında ardıcıl olaraq məlumat verirdi. İrəvandan açılmış erməni zəfər yolu ilə gətirilmiş könüllülərdən başqa Aleksandropol, İrəvan, Abaran, Şuragül ölkələrinin nizami alayları çağrılıb. Ağulis, Kəlaği, Dəmqurt adlı erməni köylərində müharibəni intizarən manevralar edilirdi. Digər tərəfdən, Şuşada məğlub edilib. Ağdam ətrafında yığılmış nizamlı erməni əsgərlərinin hərbi ehtiyacları təkmil edilib mənəvi qüvvəsi sarsıdılmıŞ könüllülər dəyişdirilərək mis mədəni olan Qatar tərəfə göndərilirdi ki, orada olan islamların hissiyyat və candan keçməyə hazır olan təxəyyülatını cəlb edərək Oxçuya kömək halından düşürsün.
*
Bu Şuşa əsgərləri iyul ayının 20-də mədən ətrafına yığılıb. Aram bəy Nehrəmov adlı erməni komandanına tapşırılır. Bunlardan məlum olur ki, erməni əsgərləri iki mühüm nöqtəyə toplaşmışlar. Birisi mis mədəni ətrafına, digəri Ordubadın dördbeş verstliyində yerləŞən Ağulis və ətraf erməni köylərinə. 1906-cı il avqust ayının
4-də Ağulis ordusunun baŞ komandanı olan AŞota Ġrəvandan, olduğu kəndlərdən
hərəkət edərək Oxçu-ġəbadəkin qonŞuluğunda olan Panuslu, Girdikan köylərində
toplaŞmaq əmri məktub vasitəsilə verilir. Həmən ayın 7-də Ağulis ordusu
Panusluda toplanır. Qatarda mədən ətrafında toplaŞmıŞ ordunun komandanlığına
*
Bu əhvalata Qatar hadisələrində geniŞ yer verilmiŞdir.103
Panusluda toplanmaq əmri ġuŞa mərkəzi komandanlığından verilsə də, Qatar
müharibəsi təhlükəli hal aldığından Panuslu kəndinə ancaq ayın 8-də çata bilir. Hər
iki ordu bir yerə toplaŞınca hərbə dair olan əsgəri ehtiyacları təkmil edərək, 1906-cı
il avqust ayının doqquzunda adı çəkilən dörd islam köylərinin xalqı bixəbər
olduqları halda köylər ermənilər tərəfindən niŞana alınaraq daŞların təpəsində
istehkamlar qurulmağa baŞlanır.
Oxçu-ġəbadək vuruŞları, yaxud hərb meydanı. 1906-cı il avqust ayının
9-da dörd islam köyünün camaatı öz kənd təsərrüfatı iŞləri ilə məŞğul olduqları
vaxt dağların təpəsində istehkamlar qurmaqla məŞğul olan əsgərləri görürlər, ancaq
onların erməni olduqlarını bilmirlər. Camaat arasında cürbəcür fikirlər
yarandığından məsələni öyrənmək üçün bir neçə yerə adamlar göndərilir.
Nümayəndələr qaraltının qarŞısında yüksək təpələr baŞına hərbi bayraqlar
sancıldığını görüb - "hökumət qoŞunudur," - deyib, ehtiyatsız halda yollarına
davam edirlər. Bir güllə məsafəsinə yaxınlaŞar-yaxınlaŞmaz ermənilərin qabaq
qurğularından üstlərinə atəŞ açılır. AtəŞ əsnasında istehkam quranların erməni
olduğunu bilib hər kəs evinə qaçır, ən köhnə üsuldan olan silahlarıyla silahlanıb
düŞməni qarŞılamağa çıxırlar.
Ermənilər isə ən müasir silahlarla silahlandıqlarından, bir də müsəlmanlar,
əsasən, meŞəlikdə əkinçiliklə məŞğul olduğundan, kəndi yaxŞı mühafizəyə qadir
deyildilər. Buna görə də ən əhəmiyyətli mövqeləri düŞmən tutur. Az-çox kənddə
hazır olan kiŞi tayfalarını isə qadınların nalə və fəryadı çaŞbaŞ qoyurdu. Digər
tərəfdən heyvan bağırtısından baŞqa bir səs eŞitməyən balalar, xırda çocuqlar
müharibənin ən Şiddətli vaxtında düŞmən mövqelərindən çalınan Şeypurların ürək
parçalayan sədasından validələrinin məməsindən dartınıb beŞiklərindən qiyamət
gününü xatırladan bir səda ilə aləmi doldururdular. Yağmur kimi hər iki tərəfdən
açılan güllələrin Şırıltısından, hərbi musiqinin canalan sədasından köylərin
çocuqları və heyvanatı bir-birinə dəymiŞdi, sanki bu zavallı köylərdə Ġsrafil
Şeypuru çalınmıŞ kimi insanlar bir-birinə qarıŞmıŞdılar.
Erməni mauzerlərindən çıxan atəŞlərin Şaqqıltısı, müsəlman könüllülərinin
ayaqüstü erməni səngərlərinə qıŞqıra-qıŞqıra hücum etmək sədaları Oxçu-ġəbadək
dağlar silsiləsinə əks edərək yüksək qayaların zirvələrindən gurultudan baŞqa bir
səda eŞidilməzdi. Bu halda ümumerməni səngərlərindən aramsız atəŞ açılırdı.
Bundan əlavə, müsəlmanlar tərəfindən açılan güllələr hədəfə dəymədiyindən
ermənilər cürətli halda ara-sıra qurğularından xüruc
*
halına giriŞməkdə idilər.
Müsəlman könüllüləri isə ermənilərin Şiddətli atəŞinin təsirinə baxmayaraq, hər
halda irəliyə yürüŞ etməkdə idilər.
Ġslamların bu igidlik və mətanətini görüncə erməni səngərlərindən bir neçə
cəhənnəm makinası buraxılıb dörd köyün müsəlmanlarını son dərəcə sarsıtsalar da
*
Xüruc - müdafiə halında olan əsgərlər münasib bildikdə sipər, yəni səngər dalından çıxıb düŞmənin
üzərinə atılmasına deyilir.104
əsgərə komanda edən möhtərəm kəslərin nəsihətləri, ruh verən təŞviqatı sayəsində
islam əsgərlərinin ara-sıra ziyan dəymiŞ mənəvi qüvvələri gücləndirilib anbaan
düŞmən qarŞısına irəli aparılırdı. Böyük və dəhŞətli hadisə əsnasında müsəlmanlar
ətraf köylərə kömək üçün adamlar göndərsələr də, bütün keçidlər erməni əlində
olduğundan bir nəfər də olsa, kömək üçün hərəkət edə bilməmiŞdir. O səbəbdəndir
ki, Oxçu islamları tək-tənha dörd gün tam müqavimətlə müharibə etdikdən sonra
ermənilər məğlub olub o ətrafda yerləŞən Gicəlan adlı erməni köyünə çəkilib
istehkam qurmaqla hərbə giriŞirlər. Müsəlmanlar ermənilərin qaçdıqlarını duyub
təqib halında Gicəlan kəndində qanlı bir müharibə baŞlanır. Bir gün axŞama qədər
qanlı müharibədə ermənilər məğlub edilib hərb meydanı - Gicəlan kəndi dağıdılır.
Oxçunun aqibəti, yaxud islamların məğlubiyyəti. 14 avqust 1906-cı il.
1906-cı il avqustun 13-də xitam bulmuŞ Gicəlan müharibəsində ermənilər çox pis
vəziyyətə düŞmüŞdülər. Erməni komandanları müharibənin ikinci günü, yəni həmin
ayın 11-də təhlükəni görüncə, Qatarda buraxılmıŞ ehtiyat əsgərlərini hərb
meydanına apararaq, bunlardan əlavə ətraf erməni köylərinə adamlar göndərib
imkan olduğu qədər könüllü əsgər tələb etməkdə idilər. Buna görə ayın on
dördündə adları aŞağıda qeyd edilmiŞ köylərdən ermənilərə kömək gəlməkdə idi.
Ləyc, TəŞtin, Vəng, Karlur, Mehri, Əsədazur, Qırçıvan, Əkərək, Bəhrvar,
Ucanabus, Qurasən hamısı beŞinci sahədən. Dördüncü sahədən dəxi Karavat,
Barabatum, Çəkədək, Kudkum, Bağabürc, Çəmən, Bux köylərindən. Üçüncü
sahədən - Oxadüz, Raxdaxana, NoraŞen, Xotanan, Üsərəng, Sahadur, Çin, Mələk,
Çit köylərindən. Ermənilərin bu toplu qüvvəsi ayın on dördündə Panuslu, Girdəkan
və bir də Gicəlan köyünün ətrafında mövqe tutaraq gecə ikən Oxçu-ġəbadək
dağlarını iŞğal edirlər. Dörd gün ərzində baŞ verən döyüŞlərdə son dərəcədə yorğun
düŞən islam könüllüləri Molla Həsən Əfəndinin evinə yığılıb hərbi, yaxud hərbə
baŞlamamıŞ geri çəkilməni müzakirəyə qoydular. Camaat tərəfindən bir çox nitqlər
söyləndi. Hətta övrət tayfalarından pərdə dalında oturmuŞ olduqları halda bir çox
yanğılı sözlər deyilirdi. Bir çox adamlar hərbə üstünlük verib, bir çox adamlar
müharibəsiz geri çəkilməni məsləhət sanırdılar. Ən axırda kəndlərin imamı olan
Şəhidi-səid Molla Həsən Əfəndi əsasına söykənərək bu nitqi söylədi. Biz isə həmən
nitqi islahən tariximizin üslubuna müvafiq bir dilə çevirdik.
- Camaat! Dörd tərəfimizdə vaqe olan yüksək qayalara on dörd gecəlik
nurlu ayın ən sevimli, ən dilrüba ziyası sərilmiŞdir.
Bu ziyaların qarŞısında meŞələrimizin ağacları kimi titrək və hərəkətdə olan
qaraltıların hamısı ermənilərin müdafiə təpəsinə sancılmıŞ hərbi bayraqlarıdır.
Diqqət ilə baxınız!
Ətrafımızdan çəkilmıŞ, evlərimizi niŞana da almıŞ o hasara bənzəyən qaraltı
erməni dəstələri və Hayıstan vəhŞiləridir ki, sabah bu vaxtda bizim evlərimizə od
vuracaqlar. Oğlanlarım, müharibəni tərk etsək də, hərbə giriŞsək də yenə
həlakətimiz dəqiqdir. Bizim övrətlərimizin, çocuqlarımızın barəsində ermənilərin
qəlbində zərrə qədər də mərhəmət yoxdur, zənnindəyəm. Bu gecə köylərin 105
mühafizəsinə diqqət ediniz. Sabah olcaq ermənilər hücum edəcəklər. Siz isə
hücuma qadir deyilsiniz, ancaq müdafiə halında qalarsınız. Son dərəcəyə qədər
çalıŞınız, məğlubiyyəti hiss edincə hamınız birdən qaçmayasınız. Zira, o halda
düŞmən sizi təqib edər. Bir çox tələfat verdirər. Əlbəttə, qaçıŞ zamanı iŞə yaraŞan
və bacarıqlı cavanlardan bir dəstə dümdar
*
buraxaraq arxadan ailələrinizi götürüb
meŞəyə - dağ ətəklərinə pənah apararsınız.
Molla Həsən Əfəndinin müraciəti bu yerə yetiŞəndə camaat arasından və
övrətlər içindən yanıqlı bir fəqan naləsi ucaldı. Yenə Molla Həsən Əfəndi sözünə
davam etdi:
- Camaat! Ağlamaq, övrətlər ilə səs-səsə verib növhə və zarı baŞlamaq heç
bir fayda verməz. Ancaq kiŞinin mənəvi qüvvəsini tükədib düŞmənin qabağına əlqolu qurumuŞ bir süstlük içində qoyar. Ġndi götürünüz silahlarınızı, nəzərdən
keçiriniz! - deyib fatihə çəkib yenə Quran oxumağa məŞğul oldu. Bu sözlərdən
sonra camaat tüfənglərini sayıb bir neçə berdanka tüfəng və kifayət qədər olmayan
bir neçə yüz də patron qalmıŞdı. Yerdə qalan tüfənglərin çoxu dörd gün fasiləsiz
davam edən atıŞmada sıradan çıxmıŞdı. Tədarükün tükəndiyini görən camaatın
mənəvi qüvvələri bütünlüklə xarab olur, övladının əlindən tutan Purdavud kəndinin
yuxarı səmtində qiblə ilə qarŞı olan Saqqarsuya daŞınırlar. Saqqarsuyun ətrafında
daŞların arxasını sığınacaq edirlər. AğlaŞma səsi daŞların təpəsindən ermənilərin
sığınacaqlarında - səngərlərində əks-səda verirdi. Molla Həsən Əfəndi də öz
ailəsilə Saqqarsuya çəkilir. Kəndlərin içində qalan ancaq dünya malına həris
olanlar, bir də qaçmağa halı olmayan və sahibləri evdə olmayıb, yaxud qocalıqdan
gözləri iŞıqdan məhrum olan qadın tayfaları idilər ki, sübh olacaq hamısı qətl
olunub, kənd içində bir-birinin üstünə tökülmüŞdülər.
Ağrılı Saqqarsu hadisələri. Saqqarsuda sığınaq etmiŞ müsəlman
camaatının baŞı üstündən sübh çağı bir dəstə - "ya Əli, ya Əli!" - fəryadlarıyla
müsəlmanlara sarı gəldiyindən, avam və çaŞmıŞ müsəlmanlar - "Bu gələn qoŞun
islam qoŞunudur," - deyə güman edib ağlaya-ağlaya onların qarŞısına çıxırlar.
Gələn dəstə isə ermənilər imiŞ, müsəlmanları qırıb kəsməyə baŞlayırlar. Bu vaxtda
dörd islam köyündə də qırğın baŞ verdiyindən Saqqarsuyun baŞına qədər fəryad,
nalə sədasının müsibətli Şəkildə əks etdiyini Ordubada qaçıb gəlmiŞ kənd əhli
olduğu kimi nağıl edirdi. Saqqarsuda sığınaq etmiŞ camaat qırılıb, qaçıb
qurtardıqdan sonra Molla Həsən Əfəndinin baŞında, yanında bir çox övrət, Quran
əlində ermənilərin qabağına çıxıb, Quran xatiri üçün rəhm istəyib ağlasalar da,
Quranı, bəlkə Ġncili-mübarəki də tanımayan qansızlar hamısını vəhŞiliklə
* Mərhum Molla Həsən Əfəndinin nitqində diqqətəlayiq bir çox sözlər olduğu kimi, dümdar kəlməsi də
mərhumun bir qüvvəli və bir çox müharibələrdə olmuŞ bir komandan olduğunu bildirir. Zira, dümdar
təbir olunan kəlmə ordu komandanlıqlarında olan hərb elminin ən xeyirli bir nöqtəsidir. Bir ordu
qaçmağa məcbur olursa qaçma vaxtı dümdar buraxır ki, düŞməni məŞğul edib düŞmənə heç bir qənimət
qoymayıb ordunu geri çəkə bilsin. Ordu geri çəkiləndən sonra dümdar dəxi birdən çəkilib düŞməni ona
xeyirli təqibdən məhrum qoyar.106
öldürürlər. Molla Həsən Əfəndinin yanından götürülmüŞ bir neçə müqəddəs
kitabları və Quranları odlayıb məŞəl kimi süngülər ucuna taxmaq kimi
bədayinliklər də ermənilərdən alçaq bir surətdə əncama yetmiŞdi. Sağ qalan islam
və islamələr qarlar içində, xəstə-xəstə yolunu itirmiŞ qoyun sürüsü kimi çoxluca
dolandıqdan sonra çır-çıplaq Ordubada və mahal köylərinə pənah aparmıŞdılar.
Ordubad camaatı isə son dərəcə qonaqpərvər olduqlarından, xüsusən, baŞları belə
müsibət çəkmiŞ bu adamlara xüsusi qayğı göstərdilər.
Oxçu-ġəbadək fəlakət qurbanlarının Ordubad Şəhərindəki halları.
Oxçu-ġəbadək fəlakət qurbanlarının Ordubad Şəhərinə ağlaya-ağlaya pənah
gətirməsi Şəhər camaatına çox qəmli təsir göstərdi. Camaatın istirahəti üçün
məxsusi yerlər, məkanlar ayrılıb, müsibət qurbanlarına qalması üçün otaqlar
verdilər. Ən əvvəl yaralılar üçün cərrah və dəva hazır edib, müalicəsinə baŞlanıldı.
Onlara imkan daxilində əmanət olaraq evlərdən ev əŞyaları da verilib gündən-günə
rahatlanmıŞ bir hala təbdil edilirdilər. Bunlardan sonra, onların adından hökumətə
bir gündə yüzə qədər ərizə və teleqraflar göndərildi. Xudavəndi-aləmin
qüdrətindən sərvəti və dövləti bol olan bu kiçik Şəhərdə bir günün içində onların
əsas ehtiyaclarına əncam verilib, ancaq sonra dağlarda qalan camaatın halına
yetiŞmək, Şəhərə gətirmək və yaralıları dağda bağlayıb huŞa gətirəndən sonra
Şəhərə endirmək, ölənləri dəfn etmək kimi müxtəlif iŞlər üçün təŞəbbüslər görülür,
Şəhər və mahal camaatından mükəmməl bir dəstə təŞkil edilib cərrahi iŞlər üçün
kafi miqdarınca götürüb, azuqə və yaralı daŞımaq üçün minik heyvanları hazır
edib, ölənləri dəfn etmək üçün kəfən və sair ləvazimat və bir neçə çadır tədarük
edib 1906-cı il avqust ayının 16-da axŞam zamanı dəstələr olduğu yerlərindən
məqsədləri istiqamətində hərəkət edirlər.
Ordubadlıların Qafan dərəsinə əvvəlinci səfərləri. Qafan dərəsi Oxçu-
ġəbadək hərb meydanına göndərilmək üçün ayın 16-da Nügədi adlı islam köyündə
gündüz saat səkkizdə cəm olub Ordubaddan səfər ləvazimatı yetiŞənə qədər kənddə
qalıb saat 12 radələrində səfər ləvazimatı yetiŞib, əlahiddə minik ilə Ayı Çanqılı
adlı uca dağa göndərilmək üçün təhvil verilir. Saat ikidə səfər ləvazimatı lazımi
yerinə bir dəstə mühafizəçiylə hərəkət etdikdə müsafirlər də bir neçə saat istirahət
üçün yuxarıda adı çəkilən köydə dayanacaq edirlər. Ġstirahətdən sonra axŞam saat
səkkizdə kəŞf qolları buraxıb yola çıxırlar. Bu dəstə 1906-cı il 17 avqust gündüz
saat dörd radələrində Saqqarsuya yetiŞib, əvvəlcədən miniklər və bir dəstə
mühafizəçiylə göndərilmiŞ çadırları qurulmuŞ və isidilmiŞ görüncə dəstələr razılıq
ilə bir neçə dəqiqə istirahətdən sonra, daha aram tutmayaraq ətrafı dolanıb o
yaxınlıqda baŞ vermiŞ ümumi qətli mülahizə etməyə baŞladılar. Bu vaxtda axŞama
saat yarım qalmıŞdı. Hər tərəfə baxırdın, qar ilə yağıŞ bərabərlikdə yağıb, hər
tərəfdən yeyin bir hal ilə bir-birinə toxunan küləklər çadırların mıxlarını yerdən 107
qalxızıb insanların üzünə çırpırdı.
*
Get-gedə Şiddətlə yağan sulu qan peydərpey
əsən küləklər tüfəng saçması kimi adamın üzünə çırpırdı.
O elə bir Şiddətli hal əmələ gətirmiŞdi ki, nə oturmaq, nə də bir yerə getmək
mümkün deyildi. Qafan dərəsinin Şiddətli küləkləri ġəbadək dağlarının zirvələrində
toplar kimi guruldayıb hər saatda qarŞımızda qardan yüksək təpələr ucaldırdı.
Yarım saat içində hava dörd-beŞ rəngə düŞürdü. Ordubaddan uca dağa qədər
yaralıların sayı-hesabı yoxdusa da, yaraları bağlandıqdan sonra Şəhərə göndərilirdi.
Havanın pisliyinə baxmayaraq, bir neçə bələdçi götürüb ətrafı öyrənmək
üçün əzm edildi. Saqqarsuyun ətrafında bir qan çalası göründüyündən o tərəfə
gedildi. Soyuğun Şiddətindən qanın üzü buz bağlamıŞdı. Bununla belə daŞın bir
tərəfindən damcı-damcı qan sızırdı. Bu halı gördükdə camaatı böyük bir təəccüb və
heyrət bürüdü. DaŞın arasında 62 nəfər övrət və uŞaq cənazəsi bir-biri üstə qalaqqalaq tökülmüŞdü. Bu halı görən camaat çox ağlayıb çadırlarda olan camaata da
xəbər verdilər. Camaat övrətlərin bu halını mülahizə etmək üçün bir yerə yığılıb
çox ağladılar. Az sonra qadın cəsədlərinin arasından bir sızıltı eŞidildi. Çox diqqət
ilə baxdıqdan sonra iki qıçından yaralanıb bihuŞ düŞmüŞ bir övrətin həyat ilə ölüm
arasındakı ağır halından nümayan olan bir ah-zarın vücudu meydana çıxdı. Zavallı
bacı çadırımıza gətiriləndən sonra huŞa gəldi. Ağlar ikən bu sözləri söylədi:
"Molla Həsən Əfəndinin yanında olan biz övrət tayfaları o mərhumun
doğrandığını görüb qaçaraq bu daŞın arasına pənah gətirdik. Molla Həsən
Əfəndinin iŞini qurtarandan sonra bir dəstə erməni yetiŞib bu qətl olmuŞları bu hala
qoydu. Mənim də bədənimin yarısı eŞikdə qalmıŞdı. Zira, daŞın içində camaat çox
olduğundan mənim bədənimə yer olmamıŞdı. Ona görə də bir neçə erməni yetiŞib
mənim çöldə qalan qıçlarımı doğramağa baŞladı. Bu halda bir erməni sahibmənsəbi əlində qılınc yetiŞib məni öldürməyə mane oldu və bu sözləri mənə
söyləyib keçdi:
- Bizim Qafqazda müsəlmanlarla müharibəmiz vardır. Fəqət, bu
müharibələr sünni camaatıyla olmayıb, Şiələrlədir. Ancaq, siz sünni camaatının
baŞına gələn bu qədər vəziyyətlər Osmanlıda Osmanlı sultanının ermənilərin
baŞına gətirdiyi müsibətlər xatiri üçün əmələ gəlir. Bu qırğının cümləsini Osmanlı
tərəfindən bilməlisiniz! Siz övrətlərə nə qədər cəfalar edilsə, Osmanlıda Sasun,
Zeytun, Van diyarlarında hökumət cəfasından islamların əsarəti altına düŞüb islam
məzhəbini qəbul edən erməni xanımlarının yarı intiqamı da olmayıbdır".
Məzkur övrət yarasının Şiddətli olması səbəbindən Şəhərə yox, Pəzməri
adlanan islam köyünə göndərildi. Həmən gecəni Saqqarsuda sabah eylədik.
Ayın 18-də sübh zamanı namazdan sonra camaatın sığınaq etdiyi meŞəyə
girdik. Bir az getdikdən sonra 25 yaŞlarında bir övrət, bir də cavan oğlan cənazəsi
*
Bu əhvalat müxbirlərin dilindən və yazısından eŞidilməyib. Fəqət həqiqət gözü ilə baxılıb təhlil
edildikdən sonra bu tarixə yazılmıŞdır. Oxçu-ġəbadək hadisələrini kifayət qədər yazmaq uzun zaman
tələb edər və bu tarix qədər həcmə möhtacdır. Buna görə də bu qədər məlumat verməklə kifayətlənirik.108
göründü. Bələdçinin rəvayətindən, zövc və zövcəsi imiŞ ki, bir yerdə doğranmıŞlar.
Buradan keçərək Molla Həsən Əfəndinin Şəhadətgahına yaxınlaŞdıq. Bədəni,
canamazı və sair müqəddəs əŞyaları yandırılmıŞdı. Həsən Əfəndinin qətl yerindən
bir az Şimala qarŞı bir palaz parçası göründüsə də, camaatı büsbütün ağlatdı. Zira,
palası kənar etdikdə 15 nəfər üzlərində çiçək, yəni abilə əlaməti sönməmiŞ körpə
çocuqların kəsilmiŞ baŞları və bir para bir-birinə qarıŞmıŞ bədənləri göründü.
Cənub səmtdə həddən artıq övrət-uŞaq bədənləri tökülmüŞdü. Küləyin Şiddətindən
yüksək təpələrdə olan qarlar yığılıb cənazələrin üstünə tökülmüŞdü. Amma, yenə
bədənlərində son nəfəsi olan qətl olmuŞ bacıların qətrələnən məzlum qanlarından
qarlar bahar lalələri kimi qızarıb, insanı uzaqdan özünə cəlb edirdi. Bunları dəfn
etmək üçün daŞ torpaq mümkün olmadığından, meŞənin yarpaqları və budaqlar ilə
dəfn edildilər. Sığınaqdan aŞağı tərəfə gedib Purdavud kəndinə daxil olduq. Ən
əvvəl Ġmam Rza həzrətlərinin möhtərəm qardaŞı Sultan Davud həzrətlərinin
ziyarəti üçün rövzəsinə tərəf yollandıq. Rövzədən yalnız bir quru günbəzdən baŞqa
heç nə qalmayıb, bütün əŞyası yandırılmıŞdı. Bələdçinin rəvayətinə görə, Quranları
bir-bir odlayıb pəncərələrdən eŞiyə atırlarmıŞ. Avropaya mədəniyyət dərsi vermək
iddiasında olan ermənilər burada bir sıra təəssüblər də izhar etmiŞdilər. Belə ki,
Ġstanbuldan 1901-ci ildə Molla Həsən Əfəndiyə hədiyyə göndərilmiŞ bir nüsxə,
dünya məŞhurlarının təsviri ki, var imiŞ, Həsən Əfəndi rövzəyə vəqf etmiŞ idi,
ermənilər məhz o nüsxədə həzrəti-Məhəmməd əleyhüssəlam və həzrəti-Ömər
rəziyüllah
11
xatiri üçün həmən nüsxəni də yandırmıŞdılar. Müxtəsər, ziyarətdən
sonra soyuğun Şiddətindən Purdavudda tab gətirə bilməyib Oxçu kəndinə keçdik.
Üzümə açılan bu qəmli mənzərədən nə qədər yazılsa, yenə də qurtarmaz,
zənnindəyəm.
Kəndin kənarına baxırdım. Saya-hesaba gəlməyən heyvan bədənləri birbirinin üstündə tökülüb, birisi ölmüŞ, birisi əl-ayaq çalır, birisinin qarnı eŞiyə
tökülüb insanı çaŞdırıb qoyurdu. Hər nəzər baxdıqda Makedon müharibə
meydanı 12 , Lyaoyan
13
yaxınlığında olan qanlı təpələr misalında hər ağıl sahibini
bihuŞ qoyurdu. Yaxud Türkiyə ilə Yunanıstan arasında, Velistan müharibə
meydanında yunanlıların bir-biri üstünə təpələr kimi qalaqlanmıŞ bədənləri insanın
nəzərində canlanırdı. Bir tərəfdə dağlar ətəyində üzlərində abilə əlamətləri olan
balalar, sanki qanlı daŞlar üzərində qırmızı bələkli beŞiyə çəkilmiŞlər.
Bir tərəfdə bir imarətin hələ də tüstüsü kəsilməmiŞ olduğundan ora tərəf
gedib bir cavan bədəni tapdıq. Cəsədin baŞ tərəfində parça-parça olmuŞ bir yaŞlı
qoca övrət bədəni vardı. Bələdçilərin dediklərinə görə, bu cavan oğlan müharibə
vaxtı yaralandığından anası qoyub getməmiŞ, bu səbəbdən də oğlunun yanında
doğranmıŞdır. Biz Oxçu kəndinə varid olduğumuz vaxt ermənilər ölənlərini daŞıyıb
Panuslu, Girdəkan köylərinə aparmaqda idilər.
Erməni cənazələrinin vaxtında aparılmayıb bu qədər yubanması məhz
soyuğun Şiddət kəsb etməsindən imiŞ. Oxçu çayının kənarında iki nəfər erməni 109
cənazəsi olduğunu bizə xəbər verdilər. Həmən saatda, hansı vilayət camaatı
olduqlarından bir əlamət bilmək üçün cənazələrə baxmaq üçün o tərəfə getdik.
Ermənilərin birisi 25-30 yaŞlarında bir cavan olub, o birisi 45-50 yaŞlarında
idi. Əvvəlincisindən bir parça qana bulaŞmıŞ kağız, o birisindən də bir dəstə
paketsiz kağız tapıldı. O kağızın birisi - baŞı rusca olaraq Mehri kəndində Vaçiyans
vasitəsilə Hadrut DaŞnaksutyun partiyasında Stepan Saakyansa yetiŞməli imiŞ.
Kağızın tərcüməsi bu sözlərdən ibarət idi:
"Sevgili oğlum! Bu günlərdə kiçik qardaŞın da Eçmiədzin üçüncü
daŞnaksutyun partiyasına yazılıb, osmanlı daxilindən göndərildi. TəlaŞınızı millət
uğrunda bir dəqiqə əsirgəməyiniz! Millət uğrunda vurduğunuz qılıncların hər birisi
bir dəstə gül olub Türkiyədə Ermənistan yolunda can verən mücahidlərin məzarına
sancılır. Ananız naxoŞ olmuŞdu. Sizin salamat xəbər ... (məktubun burasını qan zay
etdiyindən oxunmadı. Sonra kağız bu kəlmələrlə oxunmağa baŞlandı) ... Əlbəttə,
hazırkı ayın iyirmisindən yerbəyer ediləcəkdir. Bacınız Oskuyey iki çocuq birdən
doğdu. Millətimiz yolunda bunlar da iki əsgər hesab edilməlidir".
Kağız yazılır Zeytun vilayətindən. Ġmza yerində T.Q.Əzizyan.
Ġkinci kağız Ġranda Qaradağın Sərdov köyündən yazılmıŞdır. Hadrutda
Qarapet Vartanyansa yetiŞəcək imiŞ. Ünvan budur:
"Bu kağız yazılır Qarapet Vartanyansın məhəbbətlisi Varvar tərəfindən. Bu
gün Nerses Təbrizdən gəldi.
Məhəmməd Əli Mirzənin ġah tərəfindən aldığı hökm üzərinə ermənilərə
etdiyi məhəbbəti gözəlcə nağıl eyləyir. Ġranın havası bu günlər ermənilərə çox
müsaidəlidir.
Nersesin deməyinə görə, Ġran müsəlmanları Qafqaz iŞlərindən bitərəfdir.
Belə məlum olur ki, bu tərəfdə olan xanların da qədim xəyalı qalmamıŞdır. Evdə
azuqəmiz çox artıqdır. Heç nigaran qalmayasınız. Amma bu qədər var ki, soyuq
Şiddət etməmiŞ qayıdasınız! Əlbəttə, ġuŞa səmtinə getməyəsiniz.
Bizim qonŞu kəndlərin camaatından ġuŞada bir çox adamlar tələf
olmuŞdur...
Ġmza: Varvar "
Oxçu kəndini gəzdikdən sonra ġəbadək, Atqız köylərindən keçdik. Tələfatın
çoxu Atqız kəndindədir. Camaatı dəfn etmək meŞə yarpaqları ilə mümkün oldu.
Nədənsə ermənilərdən bizə qarŞı bir əziyyət edilmədi. Mal zərəri bir milyon
qədərindədir. Bu kəndlərin müharibəsi 1906-cı il doqquz avqustda baŞlanıb 15
avqustda baŞa çatmıŞdır.
Müsəlmanların tələfatı 200-ə qədərdir. Siyahı dəftərləri olmadığından
tələfat dürüst təyin edilmədi. Ġyun ayının əvvəlindən baŞlamıŞ avqust ayının axırına
qədər Zəngəzurda bu kəndlər dağılmıŞdır ki, burada olan hadisələr haqqında,
ardıcıllıqla məlumat verilmiŞdir:
Xələc, Karxana, Qatar, Ġncəvar, Çöllü, Yeməzli, SaldaŞlı, Mollalar,
Batuman, Oxçu, ġəbadək, Atqız, Purdavud, Zürul, Güman, Ġyilli, Sənalı, 110
Minənəvur, Fərcan, Qalaboynu, Əcəbli, Buğacıq. Bunların hamısı islam köyləridir
ki, ermənilər tərəfindən talan edilmiŞdir.
Ordubadlıların ikinci Oxçu-ġəbadək səfərləri və müharibə xəbərləri.
Oxçu-ġəbadəkin fəlakət qurbanları Ordubad və mahal kəndlərinə dağıldıqlarından
camaatda böyük bir həyəcan əmələ gəlmiŞdi. Belə ki, Şəhər camaatı bir gündə hər
iki quberniyanın general-qubernatorlarına 100-ə qədər teleqramlar vurub
müsibətzədələrin hallarını bəyan etdilər. Bu qədər bir-biri ardınca vurulan
teleqramdan sonra Şəhərə bir rota draqun süvarisi gəlib general-qubernatorun
hökmünə əsasən camaatı bir yerə yığıb mühafizə altında məkanlarına, yəni
dağılmıŞ köylərinə apardılar. Saqqarsuyu aŞar-aŞmaz ermənilər tərəfindən bir neçə
güllə atılıb süvarilərin gözü qabağında iki nəfər müsəlmanı qətl etmiŞdilər.
Bu barədə rota əfsərləri öz naçalniklərinə teleqram etdikləri kimi bütün
Qafqaz qəzetlərində oxunurdu. Bu tərz ilə hər kəs gizlin, ya aŞkar, öz doğma
yurdlarına, köylərinə getdikdə güllələrlə geri qayıtmağa məcbur edilirdilər. Necə
ki, Oxçu hadisələrinin əvvəlində ərz və təqdim edilmiŞdi, ermənilər öz siyasətlərinə
əsasən Oxçu-ġəbadəkə malik olduqlarından komitələri tərəfindən bu kəndləri bir
də müsəlmanlara qaytarmamaq üçün qəti əmr almıŞdılar. Digər tərəfdən
müharibədə yorğun düŞən erməni əsgərlərini azad edib yerlərinə yeni əsgəri
qüvvələr göndərmiŞdilər. Zira, ermənilər Oxçu-ġəbadək üstündə yenə müharibə
olacağını yəqin etmiŞdilər. Ermənilərin əsas qorxusu Sultanov və CavanŞir
bəylərindən idi. Onlardan isə milli bir hərəkət, islami bir oyanıŞ görmədiklərindən
arxayın olub, Oxçunun imarətlərini dağıdır, əkinlərini biçib yaxın köylərə
daŞıyırdılar.
Bütün ətrafın erməni əlinə keçdiyi aydın olduğundan Oxçunun Şəhərə
tökülmüŞ bikəsləri Şəhər camaatının ürəklərini parçalayırdı. Xüsusilə, qabaqda qıŞ
olduğundan Şəhərdə sakin olmuŞ o qədər camaata vüsət verəcək isti otaqlar lazım
olduğundan və əlavə, erməni-müsəlman hadisəsi münasibətilə Qarabağ ilə Şəhərin
əlaqəsi kəsildiyindən, camaatın və Şəhərin ticarət iŞləri çox tənəzzül etmiŞdi. O
qədər ac-susuz adamı yedirəcək dərəcədə camaatda azuqə yox idi. Bir tərəfdən də
dağ kəndlərində - yanacağın bol mahalında pərvəriŞ tapmıŞ camaatı pudu bir
manata kömür almaqla qızdırmaq, rahat etmək çox müŞkül məsələ idi. Digər
tərəfdən az-çox qaramalı-qoyunu olan oxçuluların Şəhərdə mal saxlaması çox çətin
idi. Zira, Şəhər yerində bir o qədər qaramalı yerləŞdirəcək tövlə və yurd
olmadığından əlavə, yem və ot Şəhər yerində son dərəcə az olduğundan qıŞda hər
nə qədər ki, qaramal var idi, hamısının qırılacağı yəqin idi.
Bunlara görə camaatın bir parası vətənlərinə getmək üçün nəhayət dərəcədə
biixtiyar olmuŞdular. Və bu barədə Şəhər camaatına bir təŞəbbüs üçün daimən
yalvarmaqda idilər. Bütün bunlarla bərabər, Şəhər camaatı gündən-günə onlara
məhəbbəti artırıb getməklərinə razı olmadıqları üçün, hər kəsin iki otağı var isə də,
birisini qonağa vermiŞdi. Ancaq burasını da deməliyik ki, Oxçu camaatının
vətənlərinə təbii məhəbbətləri gündən-günə daha da artmaqda idi.111
Oxçu camaatının belə səbirsiz hərarətlərinə qarŞı Şəhər və mahal camaatı
arasında müxtəlif fikirlər yarandığından ümumi bir Şuraya təŞəbbüs edildi. Bir neçə
Şura olandan sonra camaatı necə olursa-olsun, öz yerlərində sakin etdirməyə qərar
verildi. Çoxsaylı Şuraların nəticəsi olaraq ən əvvəl Oxçu və sair fəlakətzədə
köylərin camaatına səfərə və vətənlərinə qayıtmaq üçün tədarük görmələri xəbər
verildi. Zira, camaatın bir parasının qaramalı və qoyunları vardı. Digər tərəfdən,
erməni xəfiyyə cəmiyyətlərinin Oxçu-ġəbadək ölkəsini tutmaq üçün milli hərisliyi
artmaqda idi. Və bu hərislik də Şəhər camaatının oxçuluları vətənlərində sakin
etdirmək kimi Allaha xoŞ gedən bir fikrinə gündən-günə çətinlik törədirdi.
Bunların hamısından sonra Ordubad və mahal camaatı bir an da olsa, öz
fikirlərindən daŞınmayıb anbaan dəqiqəbədəqiqə tədbirlər aramaqda idilər.
Oxçuluları yerlərində sakin etdirmək üçün əvvəlcə hökuməti vasitə eləmək
istəsələr də, o zamanlar Zəngəzur iğtiŞaŞının Şiddətli hal kəsb etməsi və böyük
Rusiya inqilabının ən təlatümlü bir vaxtına təsadüf etdiyindən hökumətdə o qədər
güc yox idi ki, ermənilərin islah və cəzasına giriŞsin. Bu qarıŞıq vəziyyəti nəzərə
aldıqda camaatın öz qüdrət və Şücaəti ilə iŞ görmək lazım gəlirdi. Odur ki, Ordubad
camaatı ermənilərin tənbih və cəzasını öz öhdələrinə götürüb ifasına çalıŞmaqda
idilər ki, Panuslu, Girdəkan ermənilərini yerlərində oturtmaq üçün səfər tədarükünə
baŞlamağa qərar verildi.
Panuslu, Girdəkan hərb meydanına gedən ordunun səfər üçün
yığılması, yaxud səfər planı. Bir tayfa, yaxud millət müharibə məcburiyyətində
qalırsa, ən əvvəl hərb meydanının coğrafi mövqeyinə görə səfər planı tutur. Bu
məntəqənin mövqeyi nəzərə alındıqdan sonra ən əvvəl məlum məntəqəni hədəfə
almaq qüvvətinə qadir olacaq bir əsgəri qüvvənin cəm olması və göndərilməsi
üçün qeyrət edilir. Bunları öyrəndikdən sonra bu əsgəri qüvvəni haradan çağırıb,
harada toplanacağı üçün müəyyən vaxt təyin edilir. Əsgərin hərbi ləvazimatı da
əsgəri silah almasından əvvəl toplanacağı yerə, yaxud hərb olacağı mövqedə
bulunan qonŞu kəndlərə daŞıyıb məxsusi artellər idarəsinə tapŞırılır.
Bunlara əsasən Ordubaddan Panuslu-Girdəkan hərb meydanına göndərilən
əsgərin hərbi ləvazimatı müharibə baŞ verməzdən dörd gün əvvəl Saqqarsuya
lazımi vaxtında göndərmək üçün yaxın islam köylərində toplanmıŞdı. Əsgərlər də
olduğu yerlərdən hərəkət edib 1906-cı il sentyabr ayının 15-də Saqqarsuda
toplanmaq əmrini aldıqdan sonra bu gün saat on iki radələrində Saqqarsu baŞında
uca dağa toplanmıŞ idilər. Həmən gün axŞama qədər ordunu təŞkil etməklə yanaŞı
ətrafa kəŞf qolları da göndərildi. AxŞama kimi Saqqarsuda toplanmıŞ könüllü
əsgərin miqdarı 800 sürətli atan silahlarla silahlanmıŞ cavanlardan baŞqa, min
nəfərə yaxın Oxçu-ġəbadək camaatı və sair öz xərcilə gəlmiŞ və çağırılmamıŞ
gələn könüllü camaatdan ibarət idi. Əsgərlərin sayı 1800 nəfərdi. Sentyabrın 15-də
gecə saat yeddidə Saqqarsuya toplanmıŞ camaat arasında hərbi Şura məŞvərət edib
bura cəm olmuŞ əsgəri qüvvə ordu komandanı adlanan bir zatın komandası altına
verilir. Ordu komandanı tərəfindən isə firqə komandanı adı ilə üç komandan təyin 112
edilib hər birisinə 100 nəfər olmaq Şərti ilə nizami əsgər tapŞırılır. Bu gecədə baŞ
komandanlıqdan hərbə dair lazımi göstəriŞlər tərtib olunub firqə komandanlarına
tapŞırılır. Firqə komandanlarına gəldikdə əsgərlər arasında onbaŞı adıyla 10 nəfər
möhtərəm Şəxsə hərbə dair baŞ komandanlıqdan verilmiŞ layihəni təqdim edir.
Gecə saat 9 radələrində əvvəlinci firqə kəŞf qolu çıxarmaqla Saqqarsudan hərəkət
edib ġəbadək kəndinin baŞından aŞıb dağılmıŞ Atqız kəndindən keçərək dağlar
ətəkləriylə Girdəkan kəndinin aŞağı tərəfinə göndərildi. Bunlara ayın 16-da sübhə
bir saat qalmıŞ müharibəyə giriŞmək üçün qəti əmr verildi. Bunların arxasından
ehtiyat olaraq əlli nəfər atlı dəstəsi də göndərildi. Saat 10-da ikinci firqə
Saqqarsudan hərəkət edib Purdavud kəndinin içindən keçib Oxçu yolu ilə gedib
Panuslu kəndinin qarŞısında və üst tərəfində istehkam qurmaqla məŞğul olmaq,
sübhə bir saat qalmıŞ müharibəyə giriŞmək tapŞırığını aldı. Bu ehtiyat əsgərindən
daima Girdəkan ehtiyat əsgəriylə rabitədə bulunmaq üçün xüsusi atlılar təyin
edildilər. Üçüncü firqə saat on ikidə hərəkət edib Saqqarsudan uca dağdan baŞlamıŞ
xəritədə göstərilmiŞ Lec və TeŞtin dağlar silsiləsini niŞana alıb Mehri və sair
erməni köylərindən köməyə gələn ermənilərin yollarını kəsmək və lazım gələrsə,
müharibəyə qoŞulması üçün onlara lazımi göstəriŞlər verildi. Bunlara dəxi ehtiyat
olaraq camaatdan 5 yüz nəfər könüllü ayrıldı.
Bu firqələrin hərəkətindən sonra baŞ komandan tərəfindən ümumi qərargah
olan Saqqarsudan hərəkət etməklə ġəbadək kəndindən bir qol - ordu (korpus -
Ə.B.) təŞkil etmək üçün saat birdə bir zatın komandasına 150 süvari, iki yüz piyada
könüllü əsgər verilib göndərilir. Əlli nəfər nizami əsgər dəxi bu göndərilmiŞ üç
firqənin arasında məlumat əldə etmək üçün təyin edildikdən sonra, iki yüz Oxçu-
ġəbadək camaatından əsgəri mövqelərə azuqə və hərbi sursat daŞımaq üçün
göndərilir. Bu əsgərlərin hamısına hərbi tapŞırıqlar veriləndən sonra baŞ komandan
yenə ümumi qərargaha - Saqqarsuya qayıdır. Girdəkan və Panuslu firqələrinə
yardımda bulunmaq əmri baŞ komandan tərəfindən saat üç radələrində ġəbadəkdə
yerləŞən qol ordu komandanlığına yetiŞir. Və 25 süvari əsgər firqələr arasında
poçta olaraq hərbi xəbərləri qol-ordu komandanlığı vasitəsilə ümumi qərargaha
yetirmək üçün hökm sadir olur. GöndərilmiŞ firqələr saat üç radələrində tapŞırılan
təpələri və bir sıra zirvələri tutub istehkam düzəltməklə məŞğul olur və hər firqə
kəŞf qolları çıxarıb Panuslu və Girdəkan kəndlərindən məlumat almaqla sübhə bir
saat qalmıŞ müharibəyə baŞlayırlar.
1906-cı il 16 sentyabr. Bu gün sübhə bir saat qalmıŞ Girdəkan kəndini
niŞana götürmək tapŞırığı almıŞ firqə komandanlığının döyüŞ əmri ilə kəndi
kəmali-Şiddətlə atəŞə tuturlar. Bu firqə müharibəyə baŞladıqdan dörd-beŞ dəqiqə
sonra Panuslu yaxınlığında olan firqə də davaya qoŞulur. Bu iki erməni kəndində
erməni qoŞunu çox olduğundan müharibə baŞlar-baŞlamaz kəndin kənarlarındakı
istehkamlara dolub oradan islam əsgərlərini atəŞə tuturlar. Müsəlman
səngərlərindən Şeypur-balaban çalındığı əsnada erməni kəndləri elə bir sükuta qərq
olmuŞdular ki, bu kəndlərdə insan olması ehtimalı belə edilməzdi. Ancaq erməni 113
kəndinin kənarlarında olan mövqelərdən aramsız açılan güllələrin səsi eŞidilirdi.
Bu qayda ilə dörd saat Şiddətli müharibə edildikdən sonra bir dəstə erməni hücuma
keçib islam əsgərinin hərəkət xəttinə girib Girdəkan və Panusluda olan firqələrin
rabitəsini kəsməyə təŞəbbüs etdilərsə də, komandanlıqdan Atqız kəndində
ehtiyatda saxlanan bir dəstənin hücumuyla dəf edilir. BeŞ saat Şiddətli müharibədə
həŞtad nəfər tüfəng götürmüŞ erməni əsgər həlak olur.
Ermənilərin müqavimətə malik belə sabit qüvvələrinin olduğunu müsəlman
firqələrinin komandanları götür-qoy edincə, onlar ehtiyat əsgərlərini də hərbə
çağırıb saat 10 radələrində qanlı bir müharibə baŞlanır. Bu müharibədə islam
əsgərləri ayağa durub erməni mövqelərinə yürüŞ edirlər. Ermənilər isə məğlub
olaraq evlərə və kilsəyə girir, lakin tam Şiddətlə müharibəni davam etdirirlər.
Müsəlman əsgərləri isə yavaŞ-yavaŞ kəndlərə yaxınlaŞırlar. Bu vaxt firqələrin
komandanlığı tərəfindən kilsəyə güllə atmaq qadağan edilir. Fəqət, kilsə
müŞahidəyə alınır. Saat on ikiyə qədər Şiddətlə keçən müharibədə ermənilər
məğlub olur, müsəlmanlar kəndləri azad edirlər. Saat bir radələrində Gığı dərəsinə
getmiŞ birinci firqənin kəŞf qolları beŞ yüz nəfər hökumət qoŞunu gəldiyini firqə
komandanına xəbər verir. Bu xəbəri alar-almaz birinci firqə heyəti iŞarət
Şeypurlarıyla geri çağrılıb ikinci firqəyə qoŞulur. Bu vaxt birinci, ikinci firqənin
ovçu əsgərləri kəndlərin kənarından bir neçə evi odlamaqda idilər. Ümumi
qərargahdan onların geri çağrılması üçün firqə komandanlarına əmrlər verilir.
Zira, TeŞtin tərəfindəki müdafiə qoŞunundan Zəngəzur uyezd-naçalnikinin
beŞ yüz kazakla gəldiyi xəbər verilmiŞdi. Bu vaxt hər iki kəndin darmadağın
olmasına çox az qalmıŞdı. Hər tərəfdən tərk etmə xəbərləri verilib, əsgərlər ümumi
qərargahdan olan Saqqarsuya qayıdırlar. Bir saat keçmiŞ hər iki tərəfdən gələn
hökumət qoŞunu kəndlərə yetiŞir. Bu iŞlərin hamısı ümumi qərargahdan durbinlə
müayinə edilirdi.
Ayın 17-də sübh zamanı hər kəs Saqqarsudan hərəkət edərək öz evinə
qayıdır, Oxçu-ġəbadək camaatı dəxi hökumət qoŞununun gəldiyindən öz dağılmıŞ
köylərində sakin olurlar.
17 sentyabr, 1906
Oxçuluların kəndlərinə qayıtmaları. 1906-cı il 16 sentyabrda PanusluGirdəkan ermənilərini müsəlmanlar məğlub etdiklərindən o tərəf erməniləri də
əvvəlki hərisliklərindən əl çəkib oxçululara əziyyət vermək fikrindən tamamilə əl
götürürlər. Hökumətin də baŞı ayılıb o tərəflərə kazak və mühafizə qoŞunu
qoyduğundan camaat bir az rahat olmuŞdu. Ona görə Oxçu-ġəbadək camaatı
evlərinə daŞınıb, dörd-beŞ evin camaatı bir otağa yığılıb ətrafdan gələn ianə və
ehsanlar ilə gün keçirməyə baŞladılar. Ordubad və mahal camaatının da bu
dərəcədə olan qeyrətləri milli səhifələrimizə qızılı qələm ilə qırmızı bir xətt çəkib
onu bəzədi və qiymətə mindirdi. Allah onları hər iki cahanda xoŞbəxt buyursun.
Amin!