Modern.az

Bəxtiyar Vahabzadənin doğum günüdür

Bəxtiyar Vahabzadənin doğum günüdür

Ədəbi̇yyat

16 Avqust 2023, 09:43

Bu gün müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq Şairi, dramaturq, ictimai xadim Bəxtiyar Vahabzadənin doğum günüdür.



Modern.az-ın məlumatına görə, Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəkidə anadan olub. 1959-cu ildə yazdığı tarixi “Gülüstan” poeması şairə məşhurluq gətirib.

 

Zəngin yaradıcılığı boyunca 20-dək poema, 10 dram əsəri yazıb. Bir neçə çağırış Azərbaycan Respublikası Ali Sovetinin (1980-1995), Milli Məclisin (1995-2000) deputatı olub, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif olunub. 


Bəxtiyar Vahabzadə 2009-cu il fevralın 13-də vəfat edib. Bakıda, Fəxri Xiyabanda dəfn olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok