Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya 500 metr məsafəyə yürüşə başlayıb.
Modern.az-ın xəbərinə görə, 34 yaşlı idmançı 1 nəfərlik kayak qayığı (K-1) ilə seçmə yürüşdə finişə 1 dəqiqə 51,750 saniyəyə çatıb.
Bununla da Osipenko-Radomskaya yürüşün qalibi olaraq yarımfinala adlayıb.
Növbəti mərhələ yürüşü saat 18:17-də start götürəcək.
Ağa AKİFOĞLU