Böyük Britaniyanın Kral Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilər və britaniyalı hərbçilər Hörmüz boğazında minatəmizləmə əməliyyatına göndərilmək üçün hazırlıq görürlər.
Modern.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Britaniya Hərbi Dəniz Qüvvələrinin komandanlığının açıqlamasına görə, ABŞ ilə İran arasında razılaşma əldə olunduqdan sonra hazırda Cəbəllütariqdə yerləşən “RFA Lyme Bay” yardımçı gəmisi Yaxın Şərqə yola salınacaq.
Məlumata əsasən, gəmidə hazırda döyüş sursatları və minaların aşkarlanaraq zərərsizləşdirilməsi üçün nəzərdə tutulan pilotsuz sualtı aparatların yüklənməsi həyata keçirilir.