Modern.az

Hacıqabulda silahlı oğru tutuldu

Hacıqabulda silahlı oğru tutuldu

Aktual

7 Aprel 2018, 17:43

Hacıqabul Rayon Polis Şöbəsinə müraciət edən Nəvahı qəsəbə sakini Z.Əhmədova mart ayının 25-dən aprelin 5-dək olan müddətdə evinin həyətindən qaynaq aparatı, 90 metr elektrik kabeli və inşaat materiallarının oğurlandığını bildirib.


​DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun qəsəbə sakini, əvvəllər məhkum olunmuş Vüqar Zeynalov olduğu müəyyən edilib.


​V.Zeynalovun evində keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı oradan “Naqan” markalı tapança da aşkar edilərək götürülüb.


​Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı