Azərbaycan prezidenti İlham Əliyev İtaliya prezidenti Sercio Mattarellanın "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Sercio Mattarella Azərbaycan və İtaliya arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə təltif edilib.
Azərbaycan prezidenti İlham Əliyev Laura Mattarellanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. L. Mattarella Azərbaycan ilə İtaliya arasında humanitar əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə təltif edilib.
Qeyd edək ki, Laura Mattarella İtaliya prezidenti Sercio Matarellanın qızıdır.