Modern.az

Qlobal reytinq: Azərbaycan 116 ölkəni qabaqladı

Qlobal reytinq: Azərbaycan 116 ölkəni qabaqladı

İqtisadiyyat

Bu gün, 16:07

“OnDeck” platforması dünyanın 160 ən sahibkar ölkələri ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb.

Modern.az xəbər verir ki, "LinkedIn" məlumatları əsasında hazırlanan qlobal xəritədə müxtəlif ölkələrdə hər 10 min istifadəçiyə düşən biznes qurucularının sayı müəyyənləşdirilib.

Araşdırmaya əsasən, Estoniya sahibkarlıq səviyyəsinə görə dünyada ilk sırada qərarlaşıb. Bu ölkədə hər 10 min "LinkedIn" istifadəçisinə 218,6 biznes qurucusu düşür.

Siyahıda İsrail 167,5 göstərici ilə ikinci yerdədir. Gürcüstan 133,3 göstərici ilə 4, Finlandiya isə 130,8 göstərici ilə  5-ci yerdə qərarlaşıb.

Araşdırmada Azərbaycan da yer alıb. Məlumata görə, Azərbaycan hər 10 min "LinkedIn" istifadəçisinə 60 iş adamı düşür. Bu göstərici ilə Azərbaycan qlobal reytinqdə 54-cü pillədə qərarlaşıb.

Region ölkələri arasında Türkiyədə bu göstərici 59, İranda 44,2, Qırğızıstanda 34,1, Özbəkistanda 36, Qazaxıstanda isə 23,2 təşkil edib. Türkmənistan isə xəritədə ayrıca göstərilməyib.Görüldüyü kimi, Azərbaycan siyahıda bir sıra MDB və region ölkələrini qabaqlayıb.

Qeyd edək ki, hesabat hazırlanarkən 150 ölkə üzrə "LinkedIn" profilləri təhlil edilib. Daha sonra “founder” (“qurucu”) vəzifə adı ilə aparılan axtarışlar əsasında ölkələr reytinqləşdirilib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı