Ankara polisi Türkiyə parlamentinin binası qarşısında mitinq keçirməyə çalışan 30 nəfərdən ibarət qrupu ərazidən uzaqlaşdırıb.
Modern.az-ın məlumatına görə, etirazçı kütlənin dağıdılması üçün əlavə polis qüvvələri göndərilib.
Nümayişçilərin tələbləri haqqında heç bir məlumat verilmir.
Yerli KİV-lər müxalif Cümhuriyyət Xalq Partiyasından (CHP) olan bir sıra deputatların etirazçıları dəstəklədiyini yazıb.